SON XƏBƏRLƏR

NATO Baş katibi: "Türkiyə PKK-dan əziyyət çəkib, onun narahatlıqları ciddi qəbul olunmalıdır"

2022.06.14, 10:41
NATO Baş katibi: "Türkiyə PKK-dan əziyyət çəkib, onun narahatlıqları ciddi qəbul olunmalıdır"

Gunaz.tv

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq AMNA-ya müsahibəsində deyib.

Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa üzvlüklə bağlı müraciətlərinin tarixi bir qərar olduğunu və onların üzvlüyünü alyansı daha da gücləndirəcəyini bildirib: “Biz indi Türkiyənin PKK terror təşkilatı ilə bağlı ciddi narahatlığı da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etməli və yol tapmalıyıq. Türkiyə PKK-dan əziyyət çəkib, eləcə də bu ölkə digər müttəfiqlərdən daha çox terrordan əziyyət çəkib. 

Beləliklə, Türkiyənin bütün müttəfiqlərin ciddi qəbul etməli olduğu əsaslı narahatlıqları var.

Həmkarlarım və mən Türkiyə, Finlandiya və İsveç nümayəndələri ilə Türkiyənin narahatlığını aradan qaldırmaq, eyni zamanda, iki ölkənin üzvlüyü ilə bağlı prosesə davam etmək üçün sıx dialoqu davam etdiririk".

O deyib ki, İsveç və Finlandiyanın təhlükəsizliyi NATO üçün vacibdir və alyansın üzvləri bunu bəyan ediblər. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar