SON XƏBƏRLƏR

"Yaşıllığı məhv edənlərə qarşı sərt cəzalar tətbiq edilməlidir"-Ekoloqdan çağırış

2022.09.29, 03:01
"Yaşıllığı məhv edənlərə qarşı sərt cəzalar tətbiq edilməlidir"-Ekoloqdan çağırış

Gunaz.tv

Layihə çərçivəsində “Yeni Media” internet televiziyasında “Gənc nəsildə ekoloji tərbiyəni necə formalaşdırmaq olar” mövzusunda video-müsahibə hazırlanıb.

Video-müsahibədə Sağlam Cəmiyyət hərakatının rəhbəri, ekoloq Elçin Bayramlı və “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliiyinin sədri Elman Cəfərli iştirak edib. Verilişdə gənc nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən danışılıb.

Qeyd dolunub ki, uşaqlara canlı aləmə sevgi, ərtaf mühitə qayğı hissi hələ erkən yaşlarından formalaşdırılmalıdır. 

Bildirilib ki, uşağa kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmanı aşılamaq onun şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş olur. Başqa sözlə, yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. 

Elçin Bayramlı bildirib ki, uşaqlarda ekoloji tərbiyənin formalaşdırılması prosesində məktəblə yanaşı valideynlərin də üzərinə böyük məsuliyyət düşür. “Uşarları canlı təbiətin qoynuna ekskursiyaya, ağac əkməyə aparmaq lazımdır. Biz onlara təviq etməliyik ki, yaşıllıqlar dünyanın “ağciyərləridir”. Ağacları qorumaq və çoxaltmaq lazımdır”.

Ekoloq həmçinin yeni dövrdə yaşıllıqların qorunması üçün cəzaların sərtləşdirilməsini vacib olduğunu bildirib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar