SON XƏBƏRLƏR

Laçın şəhərindən yeni görüntülər - VİDEO

2022.07.25, 11:54
Laçın şəhərindən yeni görüntülər - VİDEO

Gunaz.tv

İşğal dövründə Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti şəhəri tərk edib.

Bu, “Report”un Laçına ezam olunmuş əməkdaşlarının dəhlizdən keçən zaman çəkdikləri yeni görüntülərdən məlum olub.

Laçın şəhərində az sayda erməni qalıb. Yol kənarında olan mağazalar, apteklər və digər iaşə obyektləri hazırda bağlıdır.

Laçını tərk edən ermənilər isə evlərin dam örtüyünü, qapı-pəncərələrini söküblər, bəzilərini yandırıb, dağıdıblar.

Qeyd edək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

Erməni silahlı dəstələri Laçını 1992-ci il may ayının 18-də işğal etmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Report” İnformasiya Agentliyinin əməkdaşları – İsmayıl Nəsibli, Vüqar Xanlarov, Mirzə Əlizadə və Rəhman Atababayev Laçın və Kəlbəcər rayonlarına ezam olunmuşdu.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar