SON XƏBƏRLƏR

Laçında tikinti aparan iki nəfər minaya düşüb

2022.10.21, 17:53
Laçında tikinti aparan iki nəfər minaya düşüb

Gunaz.tv

Agentlikdən  verilən xəbərə görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

Laçın Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır. 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar