Baş prokuror: “Ermənistanın cinayətləri ilə bağlı kifayət qədər sübutlarımız var"

02.11.2021, 14:43

"Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir".

Gunaz.tv Quote | Gunaz article

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev “Haber Global”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan həmin xəritələri ya vermir, ya da verilən xəritələr tam dəqiq olmur: “Biz bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Həm bir tərəfdən həmin ərazilərin öz gücümüzlə, müttəfiqlərimizin gücü ilə minalardan təmizlənməsini həyata keçiririk, həm də Ermənistan tərəfi ilə də danışıqlar aparırıq. 

Qazaxıstanın paytaxtı Nursultanda olarkən Rusiyanın Baş prokurorunun təşəbbüsü ilə Ermənistan Baş prokuroru ilə görüşdük. Onlar bizə söz veriblər ki, bu xəritələri qısa müddətdə aidiyyatı qurumlarla birgə hazırlayıb təqim edəcəklər”.

K.Əliyev bildirib ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında daşı daş üstündə qoymayıb: “Evlərin daşına qədər söküb satıblar, mənimsəyiblər və ya Ermənistana aparıblar. Cinayətlər çoxdur. Ekoloji, tarixi abidələrə qarşı cinayətlər var. Yalnız tarixi abidələri deyil, ümumiyyıtlə vətəndaşlarımızın evlərini söküb, dağıdıblar”.

Baş prokuror söyləyib ki, sentyabr ayında Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olub: “Biz orada Hərbi Prokurorluq binalarının açılışını etdik.

Yol boyu dağıntılar görürsən və düşünürsən ki, nə vaxtsa burada insanlar, ailələr yaşayıb, övladlar böyüdüblər. Amma indi hamısı xarabalığa çevirilib. Bunun cavabı olmalıdır. Yalnız torpağı hərbi yolla geri almaqdan ibarət deyil. 

Eyni zamanda ermənilər və Ermənistanın siyasi rəhbərliyi 30 illik işğal dövründə törətdiyi cinayətlərə görə də konkret cavabdehlik daşımalıdır. Bu istiqamətdə aidiyyəti qurumlarla birgə işlərimiz davam etdirilir. 

Bilirsiz ki, ölkə rəhbərliyinin tapşırığı əsasında Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddialar qaldırıb. Artıq məhkəməyə sübutlar təqdim edilib. Kifayət qədər sübutlarımız və hüquqi əsaslandırmamız var. Hazırda Azərbaycanın şikayətləri baxılma mərhələsindədir”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda dolların məzənnəsi yenidən rekord qırdı: 1 dollar 30 min 270 tümən

2021-12-05

gun az article

İranın Çaharmahal və Bəxtiyari əyalətində naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb- FOTO

2021-12-05

gun az article

İranın Nətənz nüvə təsisatı yaxınlığında güclü partlayış olub - FOTO

2021-12-05

gun az article

Qarabağda daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-12-05

gun az article

İraqda 5 terrorçu zərərsizləşdirildi

2021-12-05

gun az article

Blinken və Lavrov Ukraynanı müzakirə edib

2021-12-05

gun az article

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

2021-12-04

gun az article

İranda koronavirusdan daha 58 nəfər ölüb, 2 157 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-12-04

gun az article

Əziz Səncər Şuşaya səfər edib

2021-12-04

gun az article

İranda söz azadlığının boğulması və senzuranın güclənməsi etiraz doğurdu: Yazıçılar Birliyi bəyanat yaydı

2021-12-04

gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04