SON XƏBƏRLƏR

Millət vəkili İran hökumətini qaşqaylara qarşı ayrı-seçkilikdə ittiham edib

2022.04.22, 11:27
Millət vəkili İran hökumətini qaşqaylara qarşı ayrı-seçkilikdə ittiham edib

Gunaz.tv

O, hökumət rəsmilərini qaşqaylara qarşı zülmə son qoymağa çağırıb.

“Qaşqaylar ən az imkanlara malik olmalarına baxmayaraq, xüsusilə ölkənin qida məhsulları təminatı sahəsinə ən çox bəhrə verən xalq olublar. Onlar müharibə vaxtı bu ölkənin sərhədlərinin qorunmasında fədakarlıq göstərib, canlarını veriblər və bu gün qarşılığında evlərinin başlarına uçurulması mükafatlandırılırlar”-deyə, Səlimi bildirib.

O, qaşqay türklərinin bütün adi imkanlardan məhrum olduqları bir halda bu gün öz yürd-yuvalarından məcburi köçürülməyə, evlərinin dağıdılmasına şahid olmağa məhkum edildiklərini deyib.

“Ölkənin bir çox yerlərində əkin və bağ sahələri, çay və göl qıraqlarında qanunsuz tikilən əzəmətli villalara dəyilmədiyi halda qaşqayların daxmalarını başına uçururlar”-deyən Əsgər Səlimi hökuməti qaşqay türklərinə qarşı ədalətsizliyə və məcburi köçürülmələrinin qarşısını almağa çağırıb.

Qeyd edək ki, bir neçə gün bundan öncə İranın Təbii Sərvətlər Nazirliyi və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) silahlı məmurları İsfahan əyalətinin Semirom şəhəri ətrafında yaşayan qaşqay türklərinin evlərini dağıtmağa, onları məcburi şəkildə başqa bölgələrə köçürməyə başlayıblar.

Xüsusilə Semiromun yaylaq bölgəsində yaşayan qaşqayların evlərinin dağıdılması öncədən xəbərdarlıq etmədən həyata keçirilir.

Evləri dağıdılan qaşqayların etirazlarına cavab olaraq bildirilib ki, onların evləri əkin və otlaq sahələrdə olduğu üçün uçurulur.

Qaşqaylar onlarla qonşuluqda yaşayan qeyri-qaşqaylara qarşı eyni münasibət göstərilmədiyini və bunun məqsədli şəkildə qaşqay türklərini bölgədən çıxarmağa hesablandığını deyirlər.

İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar