SON XƏBƏRLƏR

Qaşqayların gənc sənətçisi Əli Heydəri öldürülüb

2022.05.04, 11:01
Qaşqayların gənc sənətçisi Əli Heydəri öldürülüb

Gunaz.tv

Bu barədə Qaşqay fəalları məlumat verib. Məlumatda bildirir ki, Əli Heydəri Təvəllüli farsdilli masaları tayfasının üzvləri tərəfindən qətlə yetirilib.

Aprelin 29-da qaşqay türkləri ilə farslar arasında baş verən toqquşma zamanı Əli Heydəri Təvəllüli və atası Qafar Heydəri ağır yaralandıqdan sonra xəstəxanaya çatdırılıb. Mayın 3-də gənc sənətçi dünyasını dəyişib.

Qeyd edək ki, son vaxtlar Qaşqay türkərinin yaşadıqları bölgədən köçmələri üçün onlara sistemli təzyiqlər göstərilir.

Son bir ay ərzində İsfahanın Səmirom bölgəsində qaşqaylara məxsus yaşayış yerləri dağıdılıb və onlara bölgəni tərk etmək barədə xəbərdarlıq edilib.

İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.  

content_image_1651645631.jpg

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar