SON XƏBƏRLƏR

Qaşqay türklərinin etirazları nəticə verdi- Şiraz Universiteti üzr istədi

2022.06.17, 07:59
Qaşqay türklərinin etirazları nəticə verdi- Şiraz Universiteti üzr istədi

Gunaz.tv

Bir neçə gün bundan öncə qaşqay türkü olan gənc xanımın milli geyimdə olduğuna görə, Şiraz şəhərinin “Narincistan” parkından qovulması qaşqayların geniş etirazları ilə qarşılanmışdı.

Sosial mediada bu hərəkətə qarşı geniş etiraz kampaniyasının başladığından sonra Şiraz Universitetinin məsulları parkdan zorla çıxarılan “Hadinejad” soyadlı qaşqay xanımı dəvət edib və ondan üzr istəyiblər.

“Ocaq-i tayefeyi Qaraca” adlı qaşqay qurumu məsələ ilə bağlı məlumat yayaraq Şiraz Universitetinin nümayəndələrinin gənc qaşqay xanımdan və paylaşım edərək bu hadisəyə görə Şirazda yaşayan bütün qaşqaylardan üzr istədiklərini bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Şirazın “Narincistan” parkına qaşqay geyimində gedən gənc qızın keşikçilər tərəfindən oradan uzaqlaşdırıldığı barədə xəbər qaşqay və Güney Azərbaycan türklərinin etirazlarına səbəb olmuş, sosial mediada bu hərəkətə qarşı kampaniya başladılmışdı.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Saylarının ortalama 3 milyon olduğu bildirilən qaşqayların bir qismi yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar. 

 

content_image_1655450203.webp

content_image_1655450186.webp

gun az article

gun az article

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar