SON XƏBƏRLƏR

SEPAH-a yaxın sayt: “İran öz hərəkətləri ilə Azərbaycanın sionist rejimi ilə xəyali ittifaqını uğursuzluğa düçar edəcək”

2021.10.20, 07:36
SEPAH-a yaxın sayt: “İran öz hərəkətləri ilə Azərbaycanın sionist rejimi ilə xəyali ittifaqını uğursuzluğa düçar edəcək”

Gunaz.tv

“İranın Azərbaycan ilə İsrailin xəyali ittifaqına qarşı əks-hücumu” başlıqlı yazıda deyilir ki, İran İslam Respublikası öz hərəkətləri ilə Azərbaycan Respublikasının sionist rejimi ilə xəyali ittifaqına mane olacaq, onu uğursuzluğa düçar edəcək.


“Son vaxtlar Azərbaycan Respublikası və Türkiyə tərəfindən Zəngzur bölgəsini ələ keçirmək və İranı Avropa və Asiya tranzit yolundan kənara qoymaq üçün tamahkar addımlar atılıb.


Həmçinin Bakı hökuməti İsrail təhlükəsizlik qüvvələrinin ölkədə yerləşdirilməsi asanlaşdırınb və deyilənlərə görə həmin qüvvələrin sayı hazırda 1000 nəfərə qədər də çatıb.


Lakin İranın son hərəkətlərindən sonra nə tranzit yolunu kəsiləcək, nə də İsrail qüvvələri bölgəni nəzarətə götürəcək”, -deyə İranın SEPAH-a yaxın olan “Tasnim” agentliyinin dünən yaydığı yazısında bildirilir. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar