Həkim deyib ki, M.Saakaşvilidə talassemiya xəstəliyi var:
“Bu qan xəstəliyi olan zaman heç bir aclıq olmamalıdır… Mişa daha da ağır yeriyir, danışmaqda çətinlik çəkir, durumundan narahatlıq keçirir”.
M.Saakaşvili artıq 10-cu gündür aclıq aksiyası keçirir.
Qeyd edək ki, siyasətçi oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir.
Oktyabrın 8-də Gürcüstanın Xüsusi Penitensiar Xidməti Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirib. (azpost.info)
Ayxan