SON XƏBƏRLƏR

AB-nin münaqişələri tənzimlənmək üçün təcrübəsi çatmır

2021.10.20, 07:36
AB-nin münaqişələri tənzimlənmək üçün təcrübəsi çatmır

Gunaz.tv
"AB-nin münaqişələri tənzimlənmək üçün təcrübəsi çatmır" avropabirliyi.jpg "Avropadan gürcü-abxaz münaqişəsinin həll edilməsinə kömək edəcəyini gözləmək çətindir. Buna baxmayaraq, Avropa (xüsusilə də Almaniya) Gürcüstandakı siyasi stabilliyin yaxşılaşmasına kömək etməkdə çox şad olardı". Londonlu ekspert Tomoyuki Xaşimoto belə hesab edir. Almaniya XİN-in başçısı gürcü-abxaz münaqişəsinin tənzimlənməsinin planını müzakirə etmək üçün Tbilisiyə gəlib. KİV-in məlumatlarına görə, BMT Baş katibliyinin Gürcüstan üzrə dostları qrupunun işləyib hazırladığı üçmərhələli plan, Abxaziyanın Qali rayonuna qaçqınların qayıtmasını, tanınmamış respublikanın iqtisadi bərpasını və Abxaziyanın statusunun müzakirəsini nəzərdə tutur. Stenford Universiteti yanında Ümumdünya Beynəlxalq Araşdırmalar Assosiasiyasının üzvü Xaşimoto Trend News-a açıqlamasında bildirib ki, hazırda AB Gürcüstanda yalnız status-kvonu saxlaya bilər. AB-nin münaqişələrin tənzimlənməsi üzrə nüfuzu və təcrübəsi çatmır". Alman ekspert Aleksandr Raranın sözlərinə görə, Almaniya abxaz münaqişəsinin tənzimlənməsi üçün üçmərhələli həll təklif edir: "Almaniya hətta Abxaziyanın iqtisadi bərpası rolunda baş sponsor kimi çıxış etməyə hazırdır". Rusiyalı ekspert Vladimir Jarixin isə hesab edir ki, AB və Qərb oxşar münaqişələrin tənzimlənməsində öz imkanlarını Kosovonun timsalında göstəriblər. Əgər Gürcüstanı bu cür vasitəçilik təşəbbüsləri qane edirsə, onda seçim onundur: "Rusiya Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı vilayətin müstəqilliyini tanımayıb, Avropa Birliyi isə bu məsələlər üzrə öz mövqeyini Kosovonun timsalında nümayiş etdirib. Əgər Gürcüstanı bu cür kardinal həll qane edirsə, onda Gürcüstan vasitəçilik təşəbbüslərinə görə Qərbə müraciət etmək hüququnu özündə saxlayır". Ekspertlər hesab edirlər ki, Abxaziyanın statusu hələlik müzakirə edilməməlidir. "Almaniya xarici işlər nazirinin təklif etdiyi status sülhməramlı prosesin ən sonunda müəyyənləşdirilməlidir. Rarın sözlərinə görə, bütün ikişaf variantları, o cümlədən separat respublikaların suverenliyi açıq qalmalıdır: "Berlinin təkid etdiyi ilkin addım, gürcü, abxaz və Rusiya hakimiyyətlərinin münaqişəni güc yolu ilə həll etməkdən imtina etmələridir". Jarixinin qənaətinə görə isə, gürcü-abxaz və Gürcüstan-Cənubi Osetiya münaqişələri zonasındakı sülhməramlılar istər-istəməz yeganə missiyanı - tərəflər arasında silahlı münaqişəyə yol verməmək missiyasını yerinə yetiriblər və yetirirlər: "Ümumilikdə, regionda hərbi əməliyyatların mümkünlüyü aşağıdır. Çünki Gürcüstanın irimiqyaslı əməliyyatları həyata keçirmək üzrə real imkanları yoxdur. Lakin bu, terror aktları kimi təxribatların Abxaziya və Gürcüstanın inzibati ərazisində davam etdirilməsini istisna etmir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar