SON XƏBƏRLƏR

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

2021.10.20, 07:36
Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Gunaz.tv

Rusiya KİV-inə istinadən xəbər verilir ki, görüşdə üç ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər.

Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işində müvəqqəti fasilə yaranmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan oktyabrın 20-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli İşçi Qrupun iclasında müzakirə olunacaq məsələləri açıqlayıb.

“Sputnik Armeniya” istinadən xəbər verilir ki, o, regiondakı bütün kommunikasiya xətlərinin açılmasının Ermənistan üçün prioritet olduğunu bildirib.

M.Qriqoryan deyib ki, Ermənistan regiondakı kommunikasiyaların blokadadan çıxarılması çərçivəsində dəmir yolunun açılması ilə bağlı müəyyən fikirlərə malikdir: "Toplantıda avtomobil yollarının açılması məsələsini də müzakirə etməliyik”.

Qeyd edək ki, Moskva görüşündə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökümət başçısının müavini Aleksey Overçuk və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar