Abbas Əraqçi: “Ümid edirik ki, Şinzo Abenin Tehrana səfəri regionda çaxnaşmanın azaldılmasına səbəb olacaq”

05.06.2019, 10:18

GünazTV: İran xarici işlər nazirinin müavini Abbas Əraqçi iyunun 4-də Yaponiyanın NHK telekanalına müsahibəsində bu ölkənin baş naziri Şinzo Abenin İrana gözlənilən səfərinin müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

 

Əraqçi deyib ki, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranla Vaşinqton arasında vasitəçilik məqsədilə İrana üçgünlük səfəri iyunun 12-də gerçəkləşdiriləcək: “Ümid edirik ki, Şinzo Abenin Tehrana səfəri regionda mövcud çaxnaşmanın azaldılmasına səbəb olacaq. Çox ehtimal ki, Yaponiya hazırkı şəraitlə bağlı vəziyyəti amerikalılara başa sala biləcək. Yaponiyanın baş naziri Tehrana səfərində İranın dini lideri ilə, eləcə də ölkənin digər yüksək rütbəli rəsmiləri ilə görüşüb danışıqlar aparacaq” –deyə Abbas Əraqçi vurğulayıb.

 

Xatırladaq ki, rəsmi Tehran,  bundan əvvəl üçüncü bir ölkənin İranla Amerika arasında vasitəçilik etməsinə razılıq verməmişdi.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın ötən həftə Tokioya səfərindən sonra, Yaponiya baş naziri Şinzo Abenin İranla Amerika arasında vasitəçilik etmək məqsədi ilə Tehrana səfərinin planlaşdırıldığı barədə məlumatlar yayılmışdı.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zelenski Putinlə görüşünün şərtini açıqladı

2022-08-18

gun az article

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

2022-08-18

gun az article

SEPAH-ın Tehranda yerləşən "İmam Hadi" kazarmasında partlayış olub-VİDEO

2022-08-18

gun az article

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

2022-08-18

gun az article

Səudiyyə Ərəbistanında İran hökumətinə yaxın şəxs ideolojik təbliğat apardığı üçün həbs edilib

2022-08-18

gun az article

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

2022-08-18

gun az article

İranda xristianlığı qəbul edən 3 nəfər 16 il həbs cəzasına məhkum edilib

2022-08-18

gun az article

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022-08-18

gun az article

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022-08-18

gun az article

İranda 6 məhkum edam edilib

2022-08-18

gun az article

Ərdoğan bu gün Ukraynaya gedir –BMT Baş katibi və Zelenski ilə zirvə görüşü olacaq

2022-08-18

gun az article

Laçını tərk edən ermənilər Azərbaycan ərazilərinə od vurur-VİDEO

2022-08-18

gun az article

Sərhəd Mühafizəsinin yaranmasından 103 il ötür

2022-08-18

gun az article

Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir"

2022-08-18

gun az article

Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

2022-08-18

gun az article

Keçmiş Amerika rəsmilərindən tələb: "İbrahim Rəisiyə viza verilməsin"

2022-08-18

gun az article

İran beynəlxalq terrorçunun saxlanıldığını iddia edib

2022-08-17

gun az article

BMT Baş katibi Ukraynaya səfər edib

2022-08-17

gun az article

İran Amerika ilə məhbusların mübadiləsini dərhal yerinə yetirməyə hazır olduğunu deyir

2022-08-17

gun az article

DSX-nın bir qrup hərbi qulluqçusu təltif edilib

2022-08-17