SON XƏBƏRLƏR

Abbas Lisani aclıq aksiyasının 5-ci günündə

2021.10.20, 07:36
Abbas Lisani aclıq aksiyasının 5-ci günündə

Gunaz.tv

GünAz TV: Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal aclıq aksiyasının 5-ci günündədir.

 

O, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

 

Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb. Bu barədə məhbuslardan biri Abbas Lisaninin yaxınları ilə telefon əlaqəsi saxlayaraq məlumat verib.

 

Abbas Lisani mayın 27-də yaxınlarından biri ilə qısa telefon əlaqəsi saxlayaraq zindan məsullarına məktub ünvanladığını, məktubda dosyesində yarımçıq qalan ssenarilərinin təkmilləşdirilməsi ilə bağlı məlumat qeyd olunduğunu bildirmişdir. Zindan məsullarına verilən məktubda fəalın sağlamlığı ilə bağlı məhkəmə məsullarının məsuliyyət daşıdığı da qeyd olunub.

 

Tanınmış milli-mədəni fəal yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O artıq 4.5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Fəal saxlanmasını qanunsuzluq və özbaşınalıq adlandıraraq dindirilmə zamanı soruşulan suallara cavab verməkdən imtina etmişdir.

 

Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar