SON XƏBƏRLƏR

Abbas Lisani aclıq edəndən sonra zindanın karantin bölümünə aparılıb

2021.10.20, 07:36
Abbas Lisani aclıq edəndən sonra zindanın karantin bölümünə aparılıb

Gunaz.tv

Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani aclıq aksiyasına başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb.

 

Mayın 27-də aclığa başlayan fəal mayın 28-də günortadan sonra saxlandığı həbsxananın karantin bölümünə aparılıb.

 

Tanınmış fəal, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq aclıq elan edib.

 

Ərdəbil zindanının məhbuslarından biri ötən gün Abbas Lisaninin yaxınlarına zəng edərək onun həbsxananın karantin bölümünə kömürülməsi ilə bağlı məlumat verib.

 

Abbas Lisani mayın 27-də yaxınlarından biri ilə qısa telefon əlaqəsi saxlayaraq zindan məsullarına məktub ünvanladığını, məktubda dosyesində yarımçıq qalan ssenarilərinin təkmilləşdirilməsi ilə bağlı məlumat qeyd olunduğunu bildirmişdir. Zindan məsullarına verilən məktubda fəalın sağlamlığı ilə bağlı məhkəmə məsullarının məsuliyyət daşıdığı da qeyd olunub.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O artıq 4.5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Abbas Lisani saxlanmasını qanunsuz və özbaşınalıq adlandıraraq dindirilmə zamanı soruşulan suallara cavab verməkdən imtina etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar