SON XƏBƏRLƏR

Abbas Lisani barəsində çıxarılan hökm haqda “Azadlıq Radiosu”nda Raport - VİDEO

2021.10.20, 07:36
Abbas Lisani barəsində çıxarılan hökm haqda “Azadlıq Radiosu”nda Raport - VİDEO

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin ötən günlərdə qondarma ittihamla 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilməsi dünya mediasında işıqlandırılmaqdadır.

 

Buna baxmayaraq insan hüquqlarını müdafiə etdiklərini iddia edən xaricdəki farsdilli mətbuat orqanları bu məsələyə səssiz qalıb.

 

Tanınmış fəalın ağır məhkəmə hökmü ilə bağlı xəbər məşhur “Azadlıq Radiosu”nda da işıqlandırılıb.

 

https://www.youtube.com/watch?time_continue=9&v=p35jpOl1280

 

 

Xatırladaq ki, Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin rəisi hakim Xudadadi tərəfindən çıxarılıb. 4 məhkəmə iclası və təxminən 6 ay saxlandıqdan sonra çıxarılan hökmə əsasən fəal 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum olunub.

 

Tanınmış fəal iddinamədə qeyd olunan ittihamlardan bəraət qazansa da məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla üzləşib. İttihamda adı çəkilməyən qrup fəalın bəraət qazandığı “GAMAC Təşkilatını yaratmaq” ittihamından fərqlidir.

 

Abbas Iisani 20 ildən çoxdur ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. O bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib, uzun illər həbs olunub və müxtəlif təzyiqlərlə üzləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar