Abbas Lisani bu gün tibbi məzuniyyətə buraxıla bilər

2021-01-07 17:45

Bunun üçün istənilən 800 milyon tümənlik girov və məktub Ərdəbil həbsxanasına verilib.

Gunaz.tv Quote | Gunaz article

Tanınmış siyasi məhbus Abbas Lisaninin ailəsi bu gün 7 yanvar 2021-ci il, səhər saatlarında Ərdəbil Məhkəməsində olub və 800 milyon tümənlik girov qoyublar. Bundan sonra onlar, məhkəmədən aldıqları məzuniyyət haqqında sənədi Ərdəbil həbsxanasına təhvil veriblər.

 

Ərdəbil həbsxanasının məsullarının məhkəmə qərarını icra etməsi və bu gün ərzində Abbas Lisanini məzuniyyətə buraxmaları gözlənilir.

 

Girov haqqında qərar dünən ayın 6-da Ərdəbil prokropru Seyid Abdullah Təbatəbayi tərəfindən verilib.

Qeyd edək ki, Ərdəbil həbsxanasında koronovirus infeksiyasına yoluxma halları ilə bağlı çoxsaylı xəbərlər yayılıb.

 

Yanvarın 6-da bu həbsxanada saxlanılan və həbsxanada koronovirusa yoluxduğuna görə tibbi məzuniyyətə buraxılan 33 yaşlı Kazim İbadi dünyasını dəyişib.

 

Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.

 

Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

 

Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.

 

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.

 

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21