Abbas Lisani sabahdan aclıq aksiyasına başlayır

2021-06-11 09:26

Ərdəbil həbsxanasında saxlanılan tanınmış siyasi məhbus Abbas Lisaninin səhhətində ciddi problemlər yaranıb. Abbas Lisani  yüksək qan təzyiqindən əziyyət çəkir. Üstəlik üzləşdiyi mənəvi təzyiqlər Abbas Lisanidə əsəb gərginliyinə səbəb olub.

Gunaz.tv Quote | Gunaz article

Abbas Lisani həbsxana məsullarının ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə, başqa ağır cinayətə görə məhkum olunan müttəhimi onun saxlanıldığı kameraya salıblar. 

Bununla həbsxana məsulları mənəvi və psixoloji təzyiq göstərməyə çalışırlar.

Siyasi məhbus bildirib ki, kamerasına salınan şəxs başqa yerə köçürülməsə, həbsxana həkimlərinin rəyi əsasən müalicə olunmaq üçün şəhər xəstəxanalarından birinə göndərilməsə, iyunun 12-si, şənbə günü səhər saatlarından quru aclıq aksiyasına başlayacaq. 

O, iyunun 10-u axşam saatlarında ailə üzvləri ilə telefon əlaqəsi zamanı qan təzyiqinin yüksək olduğunu bildirib. Qeyd edək ki, həkimlərin rəyinə əsasən milli fəalın bel fəqərələrinin ekokardioqrafiyası və ürək MRT müayinəsinə ehtiyacı var. Lakin həbsxana məsulları həkimlərin rəyini qulaqardına vururlar.

Qeyd edək ki, Abbas bəy ötən aydan kəskin diz və bel ağrılarından əziyyət çəkdiyi üçün Ərdəbilin “Fatimi” xəstəxanasına aparılaraq orada müayinə edilib. Həkimlərin rəyinə əsasən o, MRT müayinə mərkəzlərindən birinə köçürülməli idi. 

İyunun 7-də siyasi məhbusun ailəsinin təkidli tələblərindən  sonra onun qanının nümunəsi həbsxanadan kənar şəhər laboratoriyalarının birində analız olunmaq üçün ailəsinə verilib.

İranın da imzaladığı Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının 10-cu maddəsində “azadlıqdan məhrum edilən bütün şəxslər insani rəftar və insan şəxsiyyətinə xas olan ləyaqətlərə hörmət hüququna malikdirlər” tövsiyəsinə baxmayaraq, Tehran rejimi siyasi məhbuslara qarşı ənənəvi qeyri-insani davranışlarını davam etdirir.

Mayın 21-də "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti azərbaycanlı məhbuslarının hüquqlarının pozulması və Abbas Lisaninin sağlıq durumunun kəskin pisləşməsi ilə bağlı BMT-yə müraciət edib.

“Azərbaycanlı mədəni fəal Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Koronavirusun həbsxanalarda yayılmasına baxmayaraq bu tanınmış mədəni fəal məzuniyyətə buraxılmayıb"-  BMT-nin İranda İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Cavid Rəhmana ünvanlanan məktubda deyilir.

Abbas Lisani 2019-cu ilin yanvar ayının 15-də Təbrizdə saxlanılaraq Ərdəbil həbsxanasına köçürülüb. Sifarişli və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17

gun az article

İran-Azərbaycan sərhədində Xomeyninin böyük şəkli olan lövhə quraşdırılıb – FOTO

2021-06-17

gun az article

Urmulu gənc siyasi məhbuslara görə İran hökumətini tənqid etdi: “Türkçə rəsmi dil olarsa, səs verəcəyik”-VİDEO

2021-06-17

gun az article

GünazTV June.16.2021-Görüş: Şuşa Bəyanaməsinin əhəmiyyəti, Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-17

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15