SON XƏBƏRLƏR

Abbas Lisani məhkəmə iclası bitdikdən sonra saxlanılıb

2021.10.20, 07:36
Abbas Lisani məhkəmə iclası bitdikdən sonra saxlanılıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəmə iclası bitdikdən sonra mülki geyimli məmurlar tərəfindən saxlanılıb.

 

Ərdəbilli fəal aldığı çağırış vərəqəsinə uyğun olaraq  yanvarın 15-i yerli vaxtla saat 12:00-da Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə müraciət edib, o keçirilən məhkəmə iclasında özünümüdafiə mətnini Azərbaycan türkcəsində təqdim edib.

 

Məhkəmə iclası bitdikdən sonra mülki geyimli məmurlar fəalın məhkəmə binasından çıxmasına mane olaraq onu saxlayıblar.

 

Abbas Lisanini müşayiət edən fəalların bir neçəsi bildirib ki, o məhkəmə iclasından sonra Ettelaat əməkdaşları tərəfindən prokurorluğa aparılıb və fəallardan istənilib ki, hələlik onu gözləməsinlər.

 

Bu saata qədər tanınmış fəalın hansı səbəbdən saxlandığı barədə dəqiq məlumat yoxdur. Hadisə zamanı məhkəmənin həyətində olan fəallar ehtimal edir ki, təhlükəsizlik qüvvələri Abbas Lisaniyə təbrizli fəallarla görüşmək imkanı verməmək üçün onu saxlayıblar.

 

Abbas Lisani yanvarın 5-də Ərdəbil İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinin məmurları tərəfindən yaxalandıqdan sonra 10 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına aparılmışdır. Fəal məhkəmə prosesi, hökmün məzmunu və onun elan olunması tərzinə etiraz etdikdən sonra  həbsxana məmurları tərəfindən yanvarın 6-da Təbriz zindanının karantin bölümündən Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə aparılıb. Hakim fəalın yazılı etirazına baxdıqdan sonra həbs hökmünün icrasını dayandırıb.

 

Fəal müvəqqəti azadlığa buraxıldıqdan sonra bir çox soydaşımız, o cümlədən milli-mədəni fəallar tərəfindən qarşılanıb.

 

N.S

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar