Abbas Lisaninin 10 aylıq həbs cəzasının icrası dayandırılıb

07.01.2019, 03:26

GünAz TV: Yanvarın 5-də Ərdəbildə evindən iş yerinə gedərkən saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 10 aylıq həbs cəzasının icrası dayandırılıb.

 

Fəal Ərdəbil İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinin məmurları tərəfindən yaxalandıqdan sonra həbs cəzasını çəkmək üçün Təbriz zindanına aparılmışdır. Son məlumata görə, fəal məhkəmə prosesi, hökmün məzmunu və onun elan olunması tərzinə etiraz edib. Həbsxana məmurları bundan sonra onu yanvarın 6-da Təbriz zindanının karantin bölümündən Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə aparıblar. Hakim fəalın yazılı etirazına baxdıqdan sonra həbs hökmünün icrasını dayandırıb.

 

Hakim Ehrabi fəalın müvəqqəti azadlığa buraxılması üçün  1 milyard riallıq mülki vəsiqə qərarı çıxarıb və yanvarın 15-ni qiyabi olaraq verilən həbs cəzasına etiraz günü kimi təyin edib.

 

Abbas Lisani yazılı etirazında məhkəməyə SMS vasitəsi ilə çağırıldığına, həmçinin qiyabi hökmün SMS vasitəsi ilə elan olunduğuna etiraz edib. Bildirilib ki, çağırış və elan SMS-ləri məhkəmə tərəfindən göndərilməli olan rəsmi vərəqələr barəsində xəbər verməkdən ibarət olub.

Sözügedən vərəqələrin “Möhsün Bərzgər” adlı bir şəxs tərəfindən təhvil verildiyi qeyd olunub. Həmin şəxsin kimliyi və bu dosye ilə əlaqəsi hələlik aydınlaşmayıb.

 

Tanınmış fəal 2018-ci il iyulun 1-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.

Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

 

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qalada və Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır. Abbas Lisani mərasimə bir neçə gün saxlanmış fəallar arasında olub.

Sonralar Abbas Lisaniyə Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən SMS göndərilərək ondan sentyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub. Lakin fəal bu barədə bəyanat yayaraq məhkəməyə qanunsuz şəkildə çağırıldığını bildirib və prosesə qatılmayacağını vurğulayıb.

 

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

 

Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Məlikanda Aylar Həqqinin anım mərasiminin keçirilməsinə icazə verilməyib

2022-12-09

gun az article

"Güney Azərbaycan müstəqill olduqdan sonra iqtisadi cəhətdən heç bir problem yaşamayacaq" – AÇIQLAMA

2022-12-09

gun az article

Milli fəal doktor Hüseyn Xudayi həbs edilib

2022-12-09

gun az article

Təbrizli tələbə hərəkatının fəalı Armita Pavir müvəqqəti azad edilib

2022-12-09

gun az article

Təbrizli həkim Rza Rezazadə həbs edilib

2022-12-09

gun az article

Təbrizli millət vəkili: "Vətəndaşların etiraz etmək hüququ var"

2022-12-09

gun az article

“Sözümüz”: “21 Azərdən azadlığa doğru” - VİDEO

2022-12-09

gun az article

Xiyavda milli fəal həbs edilib

2022-12-08

gun az article

Azərbaycanlı fəala işgəncə verilərək məcburi etiraf alınıb

2022-12-08

gun az article

Tələbə hərəkatının fəalı Məhəmməd Şəbahəti saxlanılıb

2022-12-08

gun az article

Təbrizdə həbs edilən xanım fəal Nojan Bəzzazzadə barədə məlumat verilmir

2022-12-08

gun az article

Güneyli fəal Səid Əhmədinəsəb qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-12-08

gun az article

“Xudafərin körpüsünün hər iki tayında Azərbaycan bayrağı dalğalanacaq”-Əhməd Obalı-VİDEO

2022-12-08

gun az article

“Görüş”də müzakirə: “Azərbaycan Demokrat Firqəsinin apardığı islahat” və “İrandakı etirazların daxili təzadları” -VİDEO

2022-12-08

gun az article

Milli fəal Elyar Qafari müvəqqəti azad edilib

2022-12-08

gun az article

İranda edama məhkum edilən azərbaycanlı işgəncə edilib

2022-12-07

gun az article

Həmədanda 18 yaşlı xanım bloger həbs edildi

2022-12-07

gun az article

“Bəsic”lə “bəluc”un fərqini bilməyənlərin Güney Azərbaycan davası və ya dar ağacından çörək ağacına...-Çingiz Özgür yazır

2022-12-07

gun az article

Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir

2022-12-07

gun az article

İranda qaşqay türklərinə təzyiqlər davam edir

2022-12-07