Güney Azərbaycanda Abbas Lisaniyə möhtəşəm dəstək aksiyası: Təbrizin küçə və meydanlarına şüarlar yazıldı

2021-06-13 14:02

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən siyasi məhbus Abbas Lisaniyə Güney Azərbaycanın başqa şəhərlərindən dəstək verilir.

Gunaz.tv Quote | Gunaz article

Güneyli fəallar son 24 saat ərzində Ərdəbil və Təbriz şəhərlərində yüzlərlə qrafit, divar yazısı yazmaq və pusterlər yapışdırmaqla, əhalinin diqqətini Abbas Lisani və başqa siyasi məhbusların durumuna cəlb etməyə çalışıblar.


Onlar təhlükəsizlik orqanlarının tapışırığı ilə hərəkət edən həbsxana məsullarının Abbas Lisani başda olmaqla Güney azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz edib, siyasi məhbuslara dəstək nümayiş etdiriblər.


Ötən gecə Təbrizin müxtəlif bölgələrində Abbas Lisaninin afişaları prezident seçkiləri namizədlərinin üstünə yapışdırılıb. Afişaların üzərində “Abbas Lisaninin həyatı təhlükədədir”, “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası” məzmunlu şüarlar yazılıb.


Qeyd edək ki, Abbas Lisani iyunun 12-i səhər tezdən aclıq aksiyasına əl atıb və bu gün 13 iyundan etibarən quru aclıq aksiyasına başlayacağını bildirib.


O, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb. Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.


Abbas Lisaniyə dəstək məqsədilə siyasi məhbus Yusif Karinin aclıq aksiyasına əl atmasından sonra Tehran və Ərdəbil həbsxanalarında saxlanılan daha üç Güney azərbaycanlı siyasi məhbus bu gün səhər saatlarından aclıq aksiyasına başlayıblar.


Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi, Abbas Lisaninin irəli sürdüyü istəklərə dəstək və onunla həmrəylik məqsədilə bu gün iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulublar.


Onlar Abbas Lisaninin aclıq aksiyasını davam etdirdiyi müddətcə onu yalnız buraxmayacaqlarını və aksiyalarını davam etdirəcəklərini deyiblər.

C.E   
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Təbriz aksiyasında həbs olunan fəallardan daha ikisinin kimliyi bəlli olub

2021-07-30

gun az article

Qərbi Azərbaycanda silah-sursat tapılıb?- İran hökumətindən üçüncü iddia

2021-07-29