Abbas Lisaninin sağlıq durumu ağırlaşıb, həbsxana məsulları "imkanlarının olmadığını deyirlər."

2020-12-06 10:02

Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan Güney Azərbaycanın siyasi və milli-mədəni məhbusu Abbas Lisanidə korono simptomları görünüb. Onun ümumi sağlamlıq durumu ciddi şəkildə ağırdır.

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycanın bu görkəmli siyasi məhbusu 39 dərəcə qızdırma, güclü qarın ağrısı və quru öskürəkdən əziyyət çəkir.

Bu xəbəri Güney Azərbaycanın milli-mədəni fəalı və Abbas Lisaninin kamera yoldaşı "Yusif Kari" bu gün ailəsi ilə 5 dekabr 2020-ci il, şənbə günü telefon danışığında bildirib.

Cənab Lisani ilə eyni simptomları olan cənab Kari'nin dediyinə görə, dünən gecə Abbas Lisaninin ümumi vəziyyəti ağır idi.
Səhiyyə işçiləri qızdırmasını bir neçə dəfə ölçdülər və hər dəfə qızdırmasının39 dərəcə olduğu bilindi.

Həbsxananın tibb mərkəzinin məsulları Abbas Lisani və 7-ci bölmədə saxlanılan məhkumların test üçün həbsxana xaricindəki laboratoriyalara burun seliki və ya ağız suyu göndərmək tələblərini rədd edərək, onlara qiripə qarşı dərman və profenlər veriblər.

"Onlar bildiriblər ki, həbsxananın tibb mərkəzində mövcud olan imkanlar ancaq bundan ibarətdir. Müalicə üçün nəzərdə tutulan tibbi məzuniyyət isə onların səlahiyyətindən qıraqdadır”.

Təxminən iki həftədir ki, Ərdəbil
həbsxanasının bütün bölmələrində koronovirusun geniş şəkildə yayıldığı haqqında xəbərlər yayılıb. Həbsxana rəhbərliyi tibb işçilərinin rəyi əsasında koronovirus simptomları müşahidə olunan bir sıra məhbuslara tibbi məzuniyyət veriblər.

Bu arada Güney Azərbaycanın dörd milli məhbusundan üçünə, Abbas Lisani, Yusif Kari və Əli Vasiqinin adları koronovirusa yoluxmada şübhəsi bilinən məhbuslar siyahısına salınsada məhkəmə məsulları onlara tibbi məzuniyyət verməkdən imtina edirlər.

Beynəlxalq Əfv Təşkilatının hesabatına görə Abbas Lisani siyasi baxışlarına görə ədalətsiz mühakimə olunmaqla 15 il həbs cəzasına məhkum edilib. Azərbaycanın Qarabağ və yeddi ətraf rayonunun azadlığı üçün başlayan əməliyyatdan sonra, Abbas Lisaninin ailəsi ilə görüşünə və telefon danışığına qadağa qoyulub.

 C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15

gun az article

Qərbi Azərbaycanda namizədlərin milli geyimli təbliğat banerləri yığışdırılıb-FOTO

2021-06-15

gun az article

Zənganlı ovçu barədə edam hökmü verilib

2021-06-15

gun az article

Həmədanlı hakim beynəlxalq yarışı idarə edəcək

2021-06-15

gun az article

Təbriz-İrəvan aviareysi açılır

2021-06-15

gun az article

Urmulu fəal Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb

2021-06-15

gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14

gun az article

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”-Xiyavdan siyasi məhbuslara dəstək

2021-06-14