SON XƏBƏRLƏR

Abbas Musavi: "Silah embarqosu uzadılsa, nüvə razılaşmasını tərk edəcəyik"

2021.10.20, 07:36
Abbas Musavi: "Silah embarqosu uzadılsa, nüvə razılaşmasını tərk edəcəyik"

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi Amerikanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının rəsmi Tehrana qarşı qəbul etdiyi silah embarqosunun uzadılmasına çalışmasına münasibət bildirib.

 

O qeyd edib ki, ABŞ-ın bu təlaşları müsbət nəticə versə, İran nüvə razılaşmasını tamamilə tərk edəcək.

 

"Bir neçə ildən sonra İrana qarış qəbul edilmiş silah sanksiyasının qaldırılmasına maneə olsalar, daha nüvə razılaşmasında qalmağın bir anlamı olmur. Çünki razılaşma əsasında əldə etdiyimiz ən böyük uğurlardan biri bu embarqonun ləğv edilməsi olub. Əgər embarqonun aradan qaldırılmasına əngəl törətsələr, İran bu istiqamətdə qəbul etdiyi tədbirlər planını işə salacaq", - deyə Musavi fikrini tamamlayıb.

 

Lakin bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin mövzu ilə əlaqəli sualını cavablandıran İran hökumətinin sözçüsü Əli Rəbii isə ölkəsinin silah embarqosunun uzadılacağı təqdirdə, nüvə razılaşmasından çıxacağı ilə bağlı qərar qəbul etməyib.

 

Rəbiinin dediklərinə baxmayaraq, dünən İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də sözügedən embarqonun uzadılacağı təqdirdə nüvə razılaşmasının "əbədi olaraq öləcəyini" bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar