SON XƏBƏRLƏR

Abbas Salehi: “Reklam afişalarının 70 faizi fars dilində yazılmalıdır”

2021.10.20, 07:36
Abbas Salehi: “Reklam afişalarının 70 faizi fars dilində yazılmalıdır”

Gunaz.tv

GünAz TV: İran İslami İrşad və Mədəniyyət naziri reklam afişalarında qeyri-fars dillərindən istifadə etməklə bağlı sərt xəbərdarlıq edib.

 

Abbas Salehi yanvarın 19-da əyalət valilikləri nümayəndələrinin 21-ci iclasında reklamlarda qeyri-fars dillərindən istifadə edənlərə qarşı ciddi tədbir alınacağını vurğulayıb.

 

Nazir qeyri-fars sözlərini “xarici terminlər” adlandıraraq bu barədə qanunu pozanlara qarşı polisin tədbir almasını tələb edib.

 

Abbas Salehi

 

“Qanuna görə, hər bir rekam afişasında sözlərin 70 faizi fars dilində olmalıdır. Bu qanuna bilbordlarda da riayət edilməlidir.

 

Reklamlarda xarici əlifba və sözlərin istifadəsini qadağan edən qanuna mütləq əməl olunmalıdır, əks halda qanun pozuntusuna yol verənlər məsuliyyət cəlb olunacaq”- deyə o vurğulayıb.

 

Ötən illərdə İranda qeyri-fars millətləri arasında baş verən milli oyanış cərəyanı, əhalidə fars dilinə olan meyli xeyli azaldıb. Ona görə də qeyri-fars millətlərinə mənsub şəxslər hər yerdə imkan daxilində öz ana dilindən istifadə edir. İran rejimi isə həmin millətlərə ana dilində təhsil almağı qadağan etdiyi kimi, sözügedən prosesi də dayandırmağa çalışır. Buna baxmayaraq fars dilinin nüfuzu qeyri-fars millətlərinin arasında günü-gündən azalmaqdadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar