SON XƏBƏRLƏR

Abbasəli Kədxudayi: “Sel İran rəsmilərinin xalqa yardım etməkdə müvəffəq olduqlarını göstərən ilahi fürsət idi”

2021.10.20, 07:36
Abbasəli Kədxudayi: “Sel İran rəsmilərinin xalqa yardım etməkdə müvəffəq olduqlarını göstərən ilahi fürsət idi”

Gunaz.tv

GünAz TV: Aprelin 1-də İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi bütün ölkə ərazisində baş vermiş daşqınlara və bunun nəticəsində ölüm hallarının qeydə alınması və xalqın yaşayış evlərinin, eləcə də təsərrüfatının məhv olması, ölkə infrastrukturunun böyük zərər görməsinə fərqli reaksiya verib.

 

Kədxudayinin iddiasına əsasən, “sel İran rəsmilərinin xalqa yardım etməkdə müvəffəq olduqlarını göstərən ilahi fürsət olub”.

 

O əlavə edib ki, “sel bizim xalqa xidmət etməkdə nə qədər uğurlu olduğumuzu göstərmək üçün Allah tərəfindən bizə verilmiş fürsətlərdən biridir”.

 

Qeyd etmək lazımdır ki, mart ayının sonlarına doğru İranda yağan leysan yağışları daşqınlara səbəb olub. Ölkənin əksər bölgələrində həyat iflic olub. Aprelin 2-də İran Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi rəsmi məlumat yayaraq, sel nəticəsində ölənlərin sayının 42 nəfər olduğunu bildirib. Yaralananların sayının isə minlərlə olduğu deyilir. Digər tərəfdən, selin səbəb olduğu iqtisadi zərərlərin həcmi də milyardlarla dollar civarında ölçülür. Təbii fəlakətə məruz qalmış bölgələrdən çəkilən görüntülər və yerli xalqın şikayətləri isə Abbasəli Kədxudayinin sözlərinin əksinə olaraq, məsulların “xalqa xidmət etməkdə” uğursuz olduqlarını və əksər bölgələrə diqqət yetirmədiklərini nümayiş etdirir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar