SON XƏBƏRLƏR

Abdullah Gül Türkiyə-Almaniya oyununu yaşıl meydandan izləyəcək

2021.10.20, 07:36
Abdullah Gül Türkiyə-Almaniya oyununu yaşıl meydandan izləyəcək

Gunaz.tv
Abdullah Gül Türkiyə-Almaniya oyununu yaşıl meydandan izləyəcək Azərbaycan, Bakı, 24 iyun / Trend News , müxbir S.İlhamqızı/ Türkiyə prezidenti Abdullah Gül futbol üzrə «Avropa Çempionatı-2008»in dörddə bir final mərhələsinə çıxan Türkiyə millisinin Almaniya ilə oyununu izləmək üçün İsveçrəyə gedəcək. Bu barədə Türkiyənin Cihan Agentliyi məlumat yayıb. Prezident Gül iyunun 24-də İstanbul hava limanından xaricə uçacaq və onun Avropa səfəri başlayacaq. İyunun 25-də Gül 15-ci Dünya İqtisadi Konqresində iştirak edəcək, daha sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına baş çəkəcək. Gül həmin gün İsveçrənin Bazel şəhərində Türkiyə-Almaniya oyununu canlı izləməyi də planlaşdırıb. Türkiyə yığması Avro-2008-in bundan əvvəlki mərhəsində Xorvatiya millisini 4-2 hesabı ilə məğlub edərək yarım finala çıxıb. Türkiyə-Xorvatiya oyununu isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yaşıl meydandan canlı izləmişdi. Türkiyənin yarımfinalda rəqibi Almaniya yığması olacaq. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar