SON XƏBƏRLƏR

ABDULLAH GÜLƏ İRƏVANDAN DƏVƏT GƏLDİ

2021.10.20, 07:36
ABDULLAH GÜLƏ İRƏVANDAN DƏVƏT GƏLDİ

Gunaz.tv
ABDULLAH GÜLƏ İRƏVANDAN DƏVƏT GƏLDİ Serj Sərkisyan Ankara ilə münasibətləri qaydaya salmaq və sərhədlərin açılmasına nail olmaq üçün çalışır 1017.jpg Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə prezidenti Abdullah Gülü iki ölkənin futbol üzrə milli yığma komandalarının İrəvanda keçiriləcək oyununa baxmağa dəvət edəcəyini açıqlayıb. Bu barədə Moskvada səfərdə olan Sərkisyan Rusiyadakı erməni icmasının nümayəndələri qarşısında etdiyi çıxışda bildirib. “Çox böyük ehtimalla mən Türkiyə prezidenti Abdullah Gülü Ermənistan və Türkiyə yığma komandalarının oyununa birgə baxmaq üçün İrəvana dəvət edəcəyəm” deyə o, bildirib. Qeyd edək ki, 2010-cu il dünya çempionatının seçmə turniri çərçivəsində Ermənistan və Türkiyə yığma komandalarının oyunu bu il sentyabrın 6-da İrəvanda keçiriləcək. Belə ki, Ermənistanla Türkiyə bu turnirdə eyni qrupda yarışacaq. Ermənistan Türkiyə münasibətləri haqda danışan Sərkisyan deyib ki, 21-ci əsrdə ölkələr arasında bağlı sərhədlər olmamalıdır. Onun sözlərinə görə, regional əməkdaşlıq sabitliyi təmin etmək üçün ən yaxşı yoldur. Sərkisyan xatırladıb ki, Türkiyə tərəfi tarixi faktları araşdırmaq üçün birgə komissiya qurulmasını təklif edib: “Biz belə komissiyaya qarşı deyilik, ancaq bu komissiya iki ölkə arasında sərhədlərin açılmasından sonra işləyə bilər. Əks halda, bu türk-erməni münasibətlərinin tarixinə dair spekulyasiyalara gətirib çıxaracaq”. Qeyd edək ki, ilk dəfədir Ermənistandan Türkiyə prezidentinə İrəvana dəvət gəlir. İndiyədək heç bir yüksək rütbəli Türkiyə rəsmisi İrəvanda olmayıb. Bu baxımdan şübhə yoxdur ki, Sərkisyanın Gülü İrəvana dəvət etməklə futbol matçına birgə baxmaqla yanaşı, iki ölkə münasibətlərini qaydaya salmaq fürsəti əldə etməyə çalışır. Türkiyənin mövqeyi belədir ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyincə sərhədlər açıla bilməz. Lakin Ermənistan ilkin şərt qoyulmadan sərhədlərin açılmasına tərəfdar olduğunu bildirir, hərçənd ki, burada İrəvanın hansısa şərt qoymasının əhəmiyyəti də olmazdı. Türkiyə rəhbərliyi Sərkisyanın hakimiyyətə gəlməsini iki ölkə münasibətlərinin normallaşdırılması baxımından yaxşı fürsət hesab etmişdi. Belə ki, onu prezident olması münasibətilə ilk təbrik edənlərdən biri Türkiyə prezidenti Abdullah Gül olub, daha sonra baş nazir Rəcəb Tayyib Ərdoğan da Sərkisyana təbrik məktubu göndərib. Türkiyə rəhbərliyi Azərbaycan ərazilərinin işğaldan azad edilmədən Ermənistanla münasibətlərin qurulmayacağı haqda mövqeyinə sadiq qaldığını bildirsə də hiss olunur ki, Ankara da İrəvanla əlaqələr yaratmağa fürsət axtarır. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar