SON XƏBƏRLƏR

ABŞ Abxaziyaya beynəlxalq polis qüvvələri yeritmək təklifilə çıxış edib

2021.10.20, 07:36
ABŞ Abxaziyaya beynəlxalq polis qüvvələri yeritmək təklifilə çıxış edib

Gunaz.tv
ABŞ Abxaziyaya beynəlxalq polis qüvvələri yeritmək təklifilə çıxış edib 20080708125815_1.jpg ABŞ Dövlət Departamenti hesab edir ki, gürcü-abxaz münaqişə bölgəsində beynəlxalq polis qüvvələri yerləşdirilməlidir. Bu barədə Departamentin xarici siyasət idarəsinin rəsmi təmsilçi Şon Makkormak bəyan edib. O, bildirib ki, ABŞ bölgədəki partlayışların qarşısını almaq məqsədilə bölgəyə dərhal əlavə qüvvələr cəlb edilməsinin və bölgədə sülhün bərqərar edilməsinin tərəfdarıdır: «ABŞ bölgədə dinc əhalinin rahatlığını pozan hərəkətlərə son qoyulmasını hər iki tərəfdən təkidlə tələb edir. Biz Gürcüstan hökumətindən tələb edirik ki, Abxaziya ilə birbaşa danışıqları dərhal bərpa etsin. Rusiya, Abxaziyaya qarşı provakasiya məqsədilə atılan addımlara diqqətli olmalı və gələcəkdə təxribatların qarşısını almalıdır. Onu da qeyd edək ki, hazırda gürcü-abxaz münaqişə zonasına MDB-nin Rusiya hərbiçilərindən ibarət sülhməramlı qüvvələri yerləşdirilib. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar