SON XƏBƏRLƏR

ABŞ AKP-nin BAĞLANMASI MƏSƏLƏSİNƏ MÜDAXİLƏ ETMƏYƏCƏK

2021.10.20, 07:36
ABŞ AKP-nin BAĞLANMASI MƏSƏLƏSİNƏ MÜDAXİLƏ ETMƏYƏCƏK

Gunaz.tv
ABŞ AKP-nin BAĞLANMASI MƏSƏLƏSİNƏ MÜDAXİLƏ ETMƏYƏCƏK Kondoliza Rays: “Biz bu iddia üzrə məhkəmə prosesinə qarışa bilmərik” 573.jpg ABŞ dövlət latibi Kondoliza Rays bəyan edib ki, Birləşmiş Ştatlar administrasiyası Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması iddiası üzrə prosesə qarışmayacaq. Nyu Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı Rays deyib ki, onun AKP ilə əlaqələri prezident Abdullah Gül və xarici işlər naziri Əli Babacanla şəxsi dostluq münasibətlərinə əsaslanır. Həmçinin Türkiyənin hakim partiyası ilə qlobal məsələlərlə bağlı mükəmməl işbirliyi var. “AKP-nin demokratikləşmə gündəmi Türkiyə üçün faydalı olub. Fərqli kəsimlərlə işlədilər, kürdlərdən önəmli ölçülərdə səs aldılar. Ucqar bölgələrdə yaşayan kasıb təbəqəyə görünməmiş dərəcədə əl uzatdılar, dindarlara əl uzatdılar. Türkiyədəki dünyəvilik önəmlidir, ancaq mənim mövqeyimə görə, dindar əhalinin ölkənin bir parçası olması da önəm daşıyır”,- deyə Rays bildirib. Dövlət katibi deyib ki, ABŞ AKP-nin bağlanması iddiası ilə bağlı Türkiyədəki demokratik qruluşları dəstəkləməkdə davam edəcək. O, ölkəsinin Türkiyədəki mövcud siyasi böhrana və ya AKP-nin bağlanması iddiasına müdaxilə edə bilməyəcəyini bildirib: “Bu məsələni çözmək türklərin işidir, ancaq biz Türkiyədə demokratiya, islahatlar və dünyəvilik üçün mövqeyimizi ifadə etməkdə davam edəcəyik”. Rays əlavə edib ki, AKP-nin bağlanması iddiası üzrə əsas addım atmalı olan Avropadır. Onun sözlərinə görə, əgər Türkiyəyə Avropa Birliyinə girmək məsələsində ədalətli şans verilməzsə, bunun əvəzini həm Amerika, həm də Avropa ödəyəcək. Qeyd edək ki, hazırda Konstitusiya Məhkəməsi baş prokurorun AKP-nin bağlanması haqda iddiasına baxılması prosesini davam etdirir. Son məlumatlara görə, məhkəmə digər partiyanın - kürdlərin Demokratik Toplum Partiyasının bağlanması iddiası üzrə prosesin vaxtını uzada bilər. DTP terrora açıq dəstək verməkdə ittiham olunur və bu partiyanın bağlanması iddiası AKP-yə dair iddiadan daha əvvəl verilib. Məlum olub ki, yüksək məhkəmə DTP-yə müdafiə olunmaq üçün əlavə bir ay vaxt verəcək. Bu isə AKP-nin bağlanması iddiası ilə bağlı qərarın daha əvvəl çıxarıla biləcəyi haqda təxminlərə səbəb olub. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar