SON XƏBƏRLƏR

ABŞ Azərbaycan və Ermənistana hərbi kömək paritetini qorudu

2021.10.20, 07:36
ABŞ Azərbaycan və Ermənistana hərbi kömək paritetini qorudu

Gunaz.tv
ABŞ Azərbaycan və Ermənistana hərbi kömək paritetini qorudu abs-bayraq.jpg Amerikanın Azərbaycana göstərdiyi hərbi maliyyə köməyinin azaldılması ilə bağlı ABŞ Nümayəndələr Palatasının xarici proqramlarla bağlı alt komissiyasına təqdim edilən düzəliş rədd edilib. Lent.az-ın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, Konqresin Ermənistanın dəstəklənməsi Qrupunun həmsədri Co Nollenberqin təqdim etdiyi düzəliş bir səs fərqi ilə geri qaytarılıb. Nollenberq Azərbaycanın “daima Ermənistan və Dağlıq Qarabağın ünvanına hədələrlə çıxış etdiyini” bildirərək, hərbi maliyyə köməyini azaltmağa çağırıb. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan Nollenberqə, eləcə də konqresmenlər Adam Şiffə və Mark Kirkə təşəkkür edərək alt komitənin sədri Nito Loveyin və Nümayəndələr Palatasının düzəlişin əleyhinə çıxan digər üzvlərinin mövqeyindən narazı olduqlarını vurğulayıb. Maraqlıdır ki, düzəlişin əleyhinə səs verənlərin çoxu ermənipərəst mövqeyi ilə tanınırlar. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar