ABŞ İranla bağlı bir sıra sanksiyaları ləğv edir

2021-06-11 09:51

ABŞ hökuməti İranın üç keçmiş rəsmisi və əvvəllər ölkənin neft məhsullarının satışı ilə məşğul olmuş iki şirkətiin üzərindən sanksiyaları qaldırıb.

Gunaz.tv Quote | Gunaz article


İyunun 10-da elan edilmiş bu qərar bir sıra dairələrdə təəccüb doğurub. Bəziləri bu qərarın 2015-ci il nüvə sazişinin dirçəldilməsi cəhdi ilə bağlı olub-olmadığını sual edirlər.


Dövlət Departamentinin sözçüsü Ned Prays bu iki məsələnin bağlı olmadığını deyib və addımı “cari sanksiya gigiyenası” adlandırıb.


ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət idarəsi sözü gedən adların sanksiya siyahısından çıxarıldığını bildirib:


"Sanksiya siyahısından çıxarılmalar sanksiyalanmış tərəflərin davranışında və ya statusundakı dəyişikliyin nəticəsidir və Birləşmiş Ştatların sanksiyalanmış şəxsin davranışının dəyişdiyi təqdirdə sanksiyaları qaldırmağa hazır olduğunu nümayiş etdirir”.


Söhbət kimdən gedir?

Məlumatda bildirilir ki, İran Milli Neft şirkətinin keçmiş direktoru Əhməd Qəlebani, Honq Konq ticarət mübadiləsi şirkətinin sabiq başçısı Fərzad Bazərqan, Naftiran ticarət şirkətinin keçmiş meneceri Məhəmməd Moininin adları ABŞ sanksiya siyahılarının birindən çıxarılıb.


Nazirlik əlavə edib ki, İrana aid Sea Charming Shipping Company Limited və Aoxing Ship Management Shanghai Limited şirkətləri üzərindən də sanksiyalar qaldırılıb.


Prays deyib ki, bu, sanksiyalar sahəsində “yaxşı bir təmizlik işidir” və qarşıdan gələn aylar və illərdə çox belə tədbirlər ola bilər.


Amerikalılar Vyana danışıqlarına qayıdırlar

Dövlət Departamentinin sözçüsü bunu da bildirib ki, ABŞ nümayəndə heyəti Vyanada davam edən danışıqların 6-cı raunduna qatılmaq üçün həftəsonu Avstriyaya səfər edəcək.


Bu danışıqlar ABŞ-ı və İranı 2015-ci il nüvə sazişinin şərtlərinə qaytarmalıdır.


Sözçü əlavə edib ki, danışıqların bundan əvvəl keçirilmiş 5 raundunda “tərəqqi” əldə olunub, lakin tərəflər arasında “bəzi məsələlərdə” fikir ayrılıqları qalır.


Vyanada keçirilən danışıqlarda 2015-ci il sazişinin tərəfləri olan ölkələr – Britaniya, Almaniya, Fransa, Rusiya və Çin iştirak edirlər.


ABŞ və İran nümayəndə heyətləri üzbəüz görüşməsə də, onların müzakirəsinə Avropa İttifaqı vasitəçilik edir.


Prays deyib ki, danışıqlar İran tərəfində bu sazişin şərtlərinə qayıtmaq üçün hansı addımları atmalı olduğuna dair təsəvvür yaradıb.


Sözçü bunu da bildirib ki, ABŞ tərəfi Tehran üzərindəki sanksiyalardan hansının 2015-ci il sazişinə zidd olduğunu nəzərdən keçirir.


Praysın sözlərinə görə Vaşinqtonun fikrincə, “İranın nüvə proqramının məhdudlaşdırılması üçün ən effektiv və yeganə dayanıqlı vasitə müttəfiqlərin bu məsələdə prinsipial diplomatiyasıdır”.


Sözçü bildirib ki, son məqsəd İranın nüvə silahı əldə etmək imkanından birdəfəlik məhrum edilməsidir.  (azadliq.org)

ABŞ Maliyyə Nazirliyi

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xamneyi: “İnsanların seçkilərdə iştirak etməməsi xalqın islam respublikası sistemindən uzaqlaşması anlamına gələcək”

2021-06-17

gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16