ABŞ-ın Cənubi Koralina ştatında evə silahlı basqın nəticəsində ikisi uşaq olmaqla 5 nəfər öldürülüb.
Gunaz.tv
Məlumatı “RİA Novosti” yerli polis idarəsinə istinadən yayıb.
Hadisə Rok-Hill kiçik şəhərdə gecə saatlarında baş verib. Atışma nəticəsində şəhərin tanınmış sakini, 70 yaşlı kişi, onun 69 yaşlı xanımı, onların azyaşlı oğlan və qız nəvələri, evin xidmətçisi öldürülüb.
Evdə ağır yaralanmış daha 1 nəfər xəstəxanaya yerləşdirilib. (report)
Ayxan Turan