SON XƏBƏRLƏR

ABŞ-da müsəlmanları sayacaqlar

2021.10.20, 07:36
ABŞ-da müsəlmanları sayacaqlar

Gunaz.tv
ABŞ-da müsəlmanları sayacaqlar ABŞ-dakı bir sıra hüquq-müdafiə və statistika təşkilatları ölkədə yaşayan müsəlmanların siyahıyaalınmasını həyata keçirəcək. Yayda baş tutacaq kampaniyanın təşkilatçıları hesab edirlər ki, yeni araşdırma amerikalı müsəlmanların milli mənsubiyyəti və sayı barədə daha dəqiq məlumatlar əldə etməyə imkan verəcək. Belə ki, ibadət və namazların qılındığı yerlər daha diqqətlə müəyyənləşdiriləcək, habelə əvvəlki siyahıyaalınmalarda nəzərə alınmamış təriqət və sektalar da qeydə alınacaq. Nəticələr 2009-cu ilin əvvəlində açıqlanacaq. Oxşar tədqiqatı Amerika-İslam Münasibətləri Şurası (The Council on American İslamic Relations - CAİR) 2001-ci ildə aparmışdı. O vaxt 1200-dən artıq məsciddə ibadət edən 2 milyondan artıq müsəlman qeydə alınmışdı. Həmin nəticələrə əsaslanan CAİR təxmin etmişdi ki, Birləşmiş Ştatlarda 6-7 milyon müsəlman yaşayır. Amerikalı müsəlmanların 33%-i Cənubi Asiya əsillilər, 30%-i afroamerikalılar, 25%-i isə ərəblərdir. 1994-cü illə müqayisədə ölkədə müsəlmanların sayı 300%-dən çox artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar