SON XƏBƏRLƏR

ABŞ: Demokrat partiyası Obamaya dəstək göstərir

2021.10.20, 07:36
ABŞ: Demokrat partiyası Obamaya dəstək göstərir

Gunaz.tv
ABŞ: Demokrat partiyası Obamaya dəstək göstərir 20080826034240michelle203.jpg Barak Obamanın xanımı Mişel Amerika Birləşmiş Ştatlarında Demokrat partiyası Denverdə keçirdiyi qurultayda prezidentliyə namizəd Barak Obamaya dəstək qazandırmağa çalışıb. Həmin qurultay senator Obamanı prezidentliyə namizəd kimi təsdiq etməlidir. Barak Obamanın xanımı Mişel qurultay iştirakçılarına müraciət edərək deyib ki, onun həyat yoldaşı qeyri-adi bir prezident olacaq. "Bizim hər ikimizi uşaqlıqdan eyni dəyərlər əhval-ruhiyyəsində böyüdüblər. Yəni, bizə daim tövsiyyə edilib ki, biz, həyatda nəyə isə nail olmaq istəyiriksə, öz üzərimizdə çalışmalıyıq, verdiyimiz vədlərə əməl etməliyik, insanlara hörmətlə yanaşmalıyıq", deyib Mişel Obama. Qurultay iştirakçıları qarşısında həmçinin Konqressin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və əfsanəvi Kennedilər sülaləsinin nümayəndəsi Edvard Kennedi çıxış etdilər. Mənim həyat yoldaşım qeyri-adi bir prezident olacaq... Mişel Obama Xanım Pelosinin dediyinə görə, bu qurultay tarixi məqamda keçirilir. O, Barak Obamanı yüksək dəyərləndirərək dedi ki, Obama Amerika dəyərlərinə, şəxsi məsüliyyətə, əməyi qiymətləndirən şəxsdir. Nensi Pelosi Demokrat partiyasından namizədlik uğrunda mübarizəyə qatılmış, lakin sonrakı mərhələlərdə bu mübarizədən çıxmış Hillari Klinton haqqında da mülahizələr söylədi. O dedi ki, xanım Klintonun bu kampaniyada iştirakı Amerikanı və Demokrat partiyasını daha da gücləndirmiş oldu. 76 yaşlı senator Edvard Kennedi də ona by yaxınlarda beyin xərcəngi diaqnozu qoyulmasına baxmayaraq, həmçinin çıxış etdi. Senator Kennedi dedi ki, o, bu toplantıya Barak Obamanı prezident seçməklə, hamı ilə birgə Amerikanı dəyişmək, bu ölkənin gələcəyini bərpa etmək, daha yüksək zirvələrə ucaltmaq naminə gəlib. Bununla belə, BBC müxbirinin dediyinə görə, qurultayda iştirakçıların bir çoxu Obamanın sabiq rəqibi, senator Hillari Klintona dəstək bildirirdilər, belə ki, partiyanı birləşdirmək üçün hələ çox iş görülməlidir. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar