SON XƏBƏRLƏR

ABŞ diplomatları 30 ildən sonra İrana qayıda bilər

2021.10.20, 07:36
ABŞ diplomatları 30 ildən sonra İrana qayıda bilər

Gunaz.tv
ABŞ diplomatları 30 ildən sonra İrana qayıda bilər 20080624125245_1.jpg Yaxın vaxtlarda Tehranda ABŞ-ın diplomatik nümayəndəliyi yaradıla bilər. Bu barədə ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək vəzifəli nümayəndələri bildiriblər. Xatırladaq ki, ABŞ və İran arasında diplomatik münasibətlər 30 il əvvəl kəsilib. Hazırda amerikalı diplomatlar İranda fəaliyyət göstərmirlər. İki ölkə arasında bütün əlaqələr Tehrandakı İsveçrə səfirliyi vasitəsilə həyata keçirilir. “Associated Press” agentliyi qeyd edir ki, Dövlət Departamenti Tehranda “Amerika maraqları bölməsi” açmağa hazırlaşır. Səfirlik olmasa da, onun funksiyalarının çoxunu yerinə yetirən belə bir struktur artıq Kubada fəaliyyət göstərir. Qeyd edək ki, Vaşinqtonun Havana ilə də heç bir diplomatik münasibətləri yoxdur. Dövlət Departamentinin nümayəndələri bildiriblər ki, İranda “Amerika maraqları bölməsi” yaradılandan sonra diplomatlar dissidentlərə, tələbələrə və Birləşmiş Ştatların əlaqə qurmaqda maraqlı olduğu bütün şəxslərə yardım edə bilərlər. Bu struktur vizaların verilməsi və əhalinin Amerika mədəniyyəti ilə tanış edilməsi funksiyalarını da öz üzərinə götürəcək. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar