ABŞ Dövlət Departamenti: “İran atdığı təhlükəli addımlardan geri çəkilməlidir”

2021-02-13 12:47

ABŞ Dövlət Departamentinin sözçülərindən biri fevralın 12-də “The Washington Free Beacon” saytına açıqlamasında İranın nüvə silahının istehsalı istiqamətində atdığı “təhlükəli addımlar”ından danışaraq, rəsmi Tehranı bu kimi fəaliyyətlərdən geri oturmağa çağırıb.

Gunaz.tv Quote | Gunaz article

ABŞ Dövlət Departamentinin sözçüsünün bu açıqlaması, Beynəlxalq Atom Enerjisi Agentliyinin yaydığı son hesabatında İranın nüvə mərkəzlərinin birində uran filizi istehsal etməyə başladığını təsdiq etməsindən az sonraya təsadüf edib. 


Sözçü deyib ki, İranın uran filizi istehsal etməyə başlaması Qərb ölkələrinin nigaranlığına səbəb olan ciddi bir təhlükədir: “Hesab edirik ki, İran atdığı təhlükəli addımlardan geri çəkilməli, yeni provokativ və təxribat xarakterli addımlar atmaqdan çəkinməlidir.


 Əgər İran nüvə razılaşması (“Bərcam”) əsasında üzərinə götürdüyü öhdəliklərin tam icrasına qayıtsa, Amerika Birləşmiş Ştatları da həmin addımı atacaq, sonra isə daha uzunmüddətli və daha mükəmməl və hərtərəfli bir sazişin əldə olunmasına şərait yaradacaq. Lakin hələlik biz bu mərhələdən çox uzağıq. Çünki İran bir çox baxımdan üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırır”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü dünən “The Washington Free Beacon” saytına açıqlamasında bildirib.


Xatırladaq ki, İranla nüvə sazişi imzalamış üç Avropa ölkəsi, yəni Böyük Britaniya, Fransa və Almaniya fevralın 12-də birgə bəyanat yayaraq, İranın uran filizi istehsal etməsinin ciddi nigaranlığa səbəb olduğunu bildiriblər. Həmin ölkələrin dediyinə görə, İranın belə bir addım atması onun nüvə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının bariz bir nümunəsidir.

 
Avropa ölkələrinin bildirdiyinə görə, İran İslam Respublikası uran filizi istehsal etməyə başlamaqla, atom silahı istehsalı sahəsində həlliedici bir addım atmağa çalışır. 

نمایی از تاسیسات هسته‌ای در فردو (عکس از آرشیو)

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Əhmədinejad: “Məni diskvalifikasiya etsələr, seçkilərdə iştirak etməyəcək, heç bir namizədə də səs verməyəcəyəm” - Foto

2021-05-13

gun az article

29 ildən sonra Şuşada musiqi bayramı: Qaladan dünyaya verilən mesajlar

2021-05-13

gun az article

İran prezidentliyinə namizəd Qarabağdan danışdı

2021-05-13

gun az article

Ermənilər general Muradovdan şikayətləndi – Sülhməramlılara yeni rəhbər təyin olundu

2021-05-13

gun az article

Ceyhun Bayramov: "Ölkəmizə və dünyamıza sülh, sağlamlıq, bərəkət arzulayıram"

2021-05-13

gun az article

BMT Baş katibi İsrail-Fələstin münaqişəsilə bağlı tərəflərə çağırış edib

2021-05-13

gun az article

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

2021-05-13

gun az article

Şuşada bayram namazı qılınıb-VİDEO

2021-05-13

gun az article

Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib-FOTO

2021-05-13

gun az article

İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

2021-05-12

gun az article

Mehriban Əliyeva növbəti paylaşım edib: Şuşada atəşfəşanlıq olub

2021-05-12

gun az article

Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

2021-05-12

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 13 nəfər vəfat edib

2021-05-12

gun az article

Korotçenko: "Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı"

2021-05-12

gun az article

Prezident İlham Əliyev: “Bundan sonra biz Şuşada əbədi yaşayacağıq”

2021-05-12

gun az article

Əfqanıstan rəsmisi İranın ikibaşlı siyasətini tənqid edib: “Nala-mıxa vurmağın nəticəsi yoxdur”

2021-05-12

gun az article

Prezident və ailəsi Şuşada bərpa edilən “Xan qızı” bulağına getdi

2021-05-12

gun az article

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

2021-05-12

gun az article

Zəngəzurda nə baş verir? - Ermənistanda təşviş: Azərbaycan ordusu irəliləyib

2021-05-12