SON XƏBƏRLƏR

ABŞ Ermənistana maliyyə yardımını dayandırdı

2021.10.20, 07:36
ABŞ Ermənistana maliyyə yardımını dayandırdı

Gunaz.tv
"Bu qərara görə Ermənistan hökuməti məsuliyyət daşıyır" "Minilliyin çağırışı" Korporasiyası Ermənistana maliyyə yardımını dayandırıb. Ermənistan mediasının verdiyi məlumata görə, bu barədə qərar Korporasiyanın Direktorlar Şurasının ABŞ dövlət katibi Hillari Klintonun sədrliyi ilə keçirilmiş iclasında qəbul edilib. Direktorlar Şurasının bu qərarı Ermənistanda yalnız yolların tikintisinə ayrılan maliyyə vəsaitinə şamil olunur, irriqasiya sisteminə aid deyil. Direktorlar Şurasının belə qərar qəbul etməsinin əsas səbəbi Ermənistan hökumətinin atdığı addımların "Minilliyin çağırışı" Korporasiyasının demokratik idarəetmə standartlarına uyğun gəlməməsidir. Baş icraçı direktor Rodni Bent mətbuata bildirib ki, korporasiya Ermənistan yolların tikintisini maliyyələşdirə bilməyəcək: "Bu qərara görə Ermənistan hökuməti məsuliyyət daşıyır. Çünki Ermənistan hökumətinin fəaliyyəti onun bu proqramda iştirakına imkan verən tələblərlə üst-üstə düşmür". Qeyd edək ki, ölkə lazımi tələblərə cavab vermədikdə Korporasiyanın maliyyə yardımını müvəqqəti və tam dayandırmaq hüququ var. Korporasiya üçün əsas tələblər mətbuat azadlığı, korrupsiyanın qarşısının alınması üçün idarəetmənin və hökumətin fəaliyyətinin şəffaflığı, demokratik xalq hakimiyyətidir. "Minilliyin çağırışı" Korporasiyası ilə Ermənistan arasında müqavilə 2006-cı ildə imzalanıb. Müqaviləyə əsasən, Korporasiya Ermənistana 5 il ərzində 235,6 milyon dollar əvəzsiz maliyyə yardımı ayırmalıdır. Bunun 160 milyon dolları irriqasiya sistemi üçün nəzərdə tutulur. Azərbaycan bu proqramdan kənarda qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar