SON XƏBƏRLƏR

ABŞ fars dilində danışa bilmir_Zərdüşt Əlizadə: "Vaşinqton özünə tabe olmayan ölkələri ram etmək üçün ümumi siyasətini dəyişmək fikrində deyil"

2021.10.20, 07:36
ABŞ fars dilində danışa bilmir_Zərdüşt Əlizadə: "Vaşinqton özünə tabe olmayan ölkələri ram etmək üçün ümumi siyasətini dəyişmək fikrində deyil"

Gunaz.tv
ABŞ fars dilində danışa bilmir Zərdüşt Əlizadə: "Vaşinqton özünə tabe olmayan ölkələri ram etmək üçün ümumi siyasətini dəyişmək fikrində deyil" Tural ABŞ 30 ildən sonra İranla danışıqlar aparmaq fikrinə düşüb. Üstəlik, Vaşinqton İranda diplomatik iştirakını təmin etməyi planlaşdırır. Ancaq sıra ekspertlər hesab edirlər ki, Ağ Evin Tehrana münasibətdə fərqli addımları hücum planlarından əl çəkməsi demək deyil. Politoloq Zərdüşt Əlizadə bildirdi ki, əvvəlcə İranı qorxutmaq, şantaj edib hədələmək siyasəti yürüdən Buş hökuməti görüb ki, belə siyasi xətt o qədər də səmərə vermir. Tehran bu hədələrə çox inadla və səbrlə müqavimət göstərib. Vaşinqton artıq qərara alıb ki, siyasətini daha da çevikləşdirsin. Bu o demək deyil ki, ABŞ Tehranla bağlı siyasəti dərindən təhlil edib dəyişəcək. Politoloq vurğuladı ki, Vaşinqton özünə tabe olmayan ölkələri ram etmək üçün ümumi siyasətini dəyişmək fikrində deyil. Sadəcə, Corc Buş admnistrasiyası siyasətinə yeni elementlər daxil etmək fikrinə düşüb: "İndiki müşahidə edilən yumşaqlıq və guya barış cəhdləri o demək deyil ki, sabah ABŞ İsrailin əli ilə və ya özü şəxsən İrana zərbə endirməyəcək". Tarixə nəzər salmağı zəruri sayan politoloq ikinci dünya müharibəsindən əvvəl SSRİ ilə Almaniya arasında əməkdaşlıq müqaviləsinin imzalandığını və iki ölkə arasında iqtisadi-ticari əlaqələrin də xeyli genişləndiyini xatırladır. SSRİ hava bazalarında alman təyyarəçiləri təlim keçib, Almaniya səxavətlə sovet imperiyasının hərbi sənayesi üçün lazım olan xammalı göndərib: "Dünya siyasətində belə hadisələr olur. Sadəcə, unutmamaq lazımdır ki, İranın və ABŞ-ın maraqlarında həmişə köklü ziddiyyət müşahidə olunub və bu ziddiyyəti heç nə dəyişə bilməyəcək. Biz sadə insanlar yalnız ona ümid edə bilərik ki, bəlkə də hər iki dövlət yürütdükləri siyasətin xətalarını anlayacaq və bu səhv gedişlərdən çəkinəcəklər Çünki Yaxın Şərqdə hər hansı bir yeni müharibə ocağının alovlanması bütövlükdə region xalqlarına, islam dünyası ilə Qərb dünyası arasındakı münasibətlərə , o cümlədən Cənubi Qafqaza da böyük mənfi təsir göstərə bilər". Onun sözlərinə görə, ABŞ öz siyasəti beynəlxalq hüquq normalarına və hər hansı bir əxlaqa zidd olanda bunu məsələn, demokratiya, ölkədəki güclü etnik lobbilərin boynuna yıxır: "Qarabağ münaqişəsində ədalətsiz mövqe tutan ABŞ belə hərəkətini cılız erməni xalqının lobisinin üzərinə atır və bəyanlayır ki, münaqişə ilə bağlı tədbirlər asılı deyil. Asılı olsaydı, Amerika xalqı ədalətli mövqe sərgiləyərdi". İsrailin ABŞ-ın İranla dil tapmaq cəhdlərənə mane olduğu yönündə deyilənlərə gəlincə, o dedi ki, yəhudi lobbisinin çox güclü olduğu şübhəsizdir: "Ancaq ABŞ-ın köklü maraqları əgər İsrailin dövlət maraqlarıyla ziddiyyət təşkil etsəydi, Tələvivi çoxdan qurban verərdilər. Bu maraqlar üst-üstə düşdüyü üçün onlar indi yürütdükləri ədalətsiz siyasət-Fələstin məsələsi, İrana münasibət yəhudi lobbisinin maraqlarıyla eynidir". İlin sonun qədər ABŞ-İran münasibətlərində ciddi dəyişikliklərin olmayacağını deyən politoloq Corc Buşun artıq prezidentlik müddətinin bitdiyini xatırlatdı. Konqreslə prezident arasında da müəyyən ziddiyətlər var. Ona görə də Zərdüşt Əlizadə İran siyasətində, ümumilikdə, Vaşinqtonun Yaxın Şərq və islam dünyasına yönəlmiş siyasi xəttində yeniliyin olmayacağını düşünür: "Hər hansı bir yeni inkişafın baş verməsini növbəti prezidentin vəzifəsini icra etməyə başlamasından sonra gözləyə bilərik. O vaxta qədər isə indiki vəziyyət davam edəcək və durğunluq müşahidə olunacaq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar