ABŞ gəmisi İran katerlərinə 30 xəbərdarlıq atəşi açıb - FOTOLAR

2021-05-11 10:15

ABŞ-ın sahil keşiyi gəmisi İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) ona yaxınlaşan 13 katerinə 30 xəbərdarlıq atəşi açıb.

Gunaz.tv Quote | Gunaz article

Pentaqon bildirir ki, hadisə mayın 10-da Hörmüz boğazında baş verib.


Xəbər verilir ki, son bir ay ərzində ABŞ hərbi gəmiləri regiondakı İran gəmilərinin təhlükəli manevrləri ilə bağlı iki dəfə xəbərdarlıq atəşləri açmalı olub.


Ötən il belə insidentlərin baş verməsi nisbətən azalmışdı.


Pentaqonun sözçüsü Con Kirbi deyib ki, Maui sahil keşiyi gəmisi xəbərdarlıq atəşlərini pulemyotlardan açıb.


O bildirib ki, İran gəmiləri son vaxtlarda baş vermiş insidentlərdən fərqli olaraq bu dəfə daha aqressiv hərəkət edirdilər.


Ötən ay ABŞ-ın bir hərbi gəmisi üç İran gəmisinin ona və ABŞ-ın daha bir keşikçi katerinə yaxınlaşdıqdan sonra xəbərdarlıq atəşləri açılmışdı.


Çox böyük sürətlə yaxınlaşırdılar


Pentaqon bildirir ki, İranın 13 çevik hücum kateri yaxınlaşanda ABŞ donanmasının altı gəmisi USS Georgia sualtı qayığını müşayiət edirdi.


Kerbi deyib ki, İran katerləri çox böyük sürətlə yaxınlaşırdılar. Xəbərdarlıq atəşləri açılanda onlar ABŞ gəmilərinin 130 metrlyində idilər.


Pentaqonun məlumatında deyilir ki, ABŞ gəmisi xəbərdarlıq atəşi açmazdan əvvəl İran gəmiləri ilə radio vasitəsilə kommunikasiya yaratmağa çalışıb.


Ötən ay İranın sürət katerləri Amerika hərbi gəmilərinin 60 metrliyinə yaxınlaşmışdılar.


Kirbi bildirib ki, İran İslam Keşikçiləri Korpusunun ABŞ hərbi gəmilərini qısnaması “yeni bir fenomen” deyil.


Lakin sözçü əlavə edib ki, Hörmüz boğazı kimi dar dəniz yolllarında bu sayaq manevrlər “təhlükəli, qeyri-peşəkar və məsuliyyətsiz” hərəkətlərdir.


Pentaqon nümayəndəsinin dediyinə görə, belə situasiyalarda buraxılmış kiçik bir səhv təhlükəli nəticələrə gətirib çıxara bilər. (azadliq.org)

مانورهای 'خطرناک' قایق‌های سپاه در نزدیکی ناوهای آمریکایی هم زمان با گزارش ها مبنی بر پیشرفت در مذاکرات هسته ای رخ داده است

İran katerləri Fars körfəzində ABŞ hərbi gəmilərinə hücum etdi - VİDEO |  Eurasia Diary

İran hərbi katerləri ABŞ hərbi gəmisi ətrafında manevrlər etdi - Foto/Video

İran katerləri Britaniya tankerinə hücum etdi / İstipress

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12

gun az article

Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı

2021-06-12

gun az article

NATO Ukraynaya dəstək verdi

2021-06-12

gun az article

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni insident

2021-06-12