SON XƏBƏRLƏR

ABŞ-ın BMT-dəki səfiri İranla normal münasibətlərin şərtlərini qısaca ifadə edib

2021.10.20, 07:36
ABŞ-ın BMT-dəki səfiri İranla normal münasibətlərin şərtlərini qısaca ifadə edib

Gunaz.tv
ABŞ-ın BMT-dəki səfiri İranla normal münasibətlərin şərtlərini qısaca ifadə edib ABŞ-ın BMT-dəki səfiri Zalmay Xalizad öz müsahibəsində bildirib ki, dünyanın bütün ölkələri İranla normal münasibətlər saxlaya bilərlər: Əgər İslam Respublikası öz mövqeyini təkrar gözdən keçirərsə və öz qonşularının işlərinə qarışmaqdan əl çəkərsə. Səfir eləcə də əlavə edib ki, Yaxın Şərqdəki problemin, o cümlədən Fələstin-İsrail konfliktinin həlli üçün əlacın mövcudluğuna inanmır. --------------------------------------------------------------------- BBC-nin damında həlak olan jurnalistlərə abidə qoyuldu BMT-nin baş katibi Pan Ki Mun dünən BBC-nin mərkəzi ofisinin damında bütün dünya üzrə qaynar nöqtələrdə həlak olan jurnalistlərin xatirəsinə abidə qoyub. “Nəfəs” adı daşıyan heykəltəraşlıq nümunəsi üzərinə ingilis şairi və keçmiş hərbi müxbir Ceyms Fentonun şerindən sözlər həkk edilib. Abidə təxminən 10 metr hündürlüyündə olan fırlanan şüşə konusdan ibarətdir. Londonun mərkəzində, BBC-nin yeni binasının damında quraşdırılan abidə hər gecə xəbərlərin saat 10:00 buraxılışı zamanı işıqlandırılacaq və səmada ondan əks olunan işıq şüaları müşahidə olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar