SON XƏBƏRLƏR

ABŞ-ın dövlət katibi Rusiyanı Abxaziya və Osetiyada münaqişələri şiddətləndirməməyə çağırıb

2021.10.20, 07:36
ABŞ-ın dövlət katibi Rusiyanı Abxaziya və Osetiyada münaqişələri şiddətləndirməməyə çağırıb

Gunaz.tv
Rays Saakaşvilinin müdafiəsinə qalxdı rice-saakashvili.jpg ABŞ-ın dövlət katibi Rusiyanı Abxaziya və Osetiyada münaqişələri şiddətləndirməməyə çağırıb Vaşinqton Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, deyə ABŞ dövlət katibi Kondaliza Rays iyulun 9-dan rəsmi səfərdə olduğu Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündə bildirib. Dünənki brifinqdə o qeyd edib ki: “Biz Gürcüstanla olan dostluğumuzla fəxr edirik” və Gürcüstanın NATO-ya inteqrasiyasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Tbilisinin alyansa üzvlük haqqında Fəaliyyət Planına qoşulmasının tərəfdarıdır, belə ki, bu, Gürcüstana daha demokratik inkişaf etməyə imkan verəcək. Apreldə NATO-nun Buxarest sammitində Gürcüstan və Ukraynanın Fəaliyyət Planına qoşulması haqda məsələnin dekabra qədər təxirə salınması haqda qərar qəbul edilib. Gürcüstan və Abxaziya münaqişəsi məsələsinə qayıdan Rays qeyd edib ki, sülh yolu ilə həll zəruridir. O, Rusiyanı problemin həllində iştirak edən tərəf olmağa çağırıb: “Mən bunu ruslara açıq bildirmişəm. Mən bunu xüsusi şəkildə bildirmişəm”, - deyə o qeyd edib. Mixail Saakaşvili, öz növbəsində qeyd edib ki, “əgər regionda təhlükəsizliyə zəmanət yaradılması məsələsi üzərində işləyən birgə komitə yaransa, biz çox şad olarıq”. Onun sözlərinə görə, Gürcüstan yaxın vaxtlarda bu təkliflə Rusiya rəhbərliyinə müraciət edəcək. azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar