SON XƏBƏRLƏR

ABŞ-ın Ermənistanda səfiri postuna namizəd Mariya Yovanoviç qondarma erməni soyqırımını tanımaqdan imtina edib

2021.10.20, 07:36
ABŞ-ın Ermənistanda səfiri postuna namizəd Mariya Yovanoviç qondarma erməni soyqırımını tanımaqdan imtina edib

Gunaz.tv
ABŞ-ın Ermənistanda səfiri postuna namizəd Mariya Yovanoviç qondarma erməni soyqırımını tanımaqdan imtina edib mari_yovanovic-26-03_08.jpg ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Mariya Yovanoviçin Ağ Evin Ermənistandakı səfiri postuna namizədliyi müzakirə edilib ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Mariya Yovanoviçin Ağ Evin Ermənistandakı səfiri postuna namizədliyi müzakirə edilib. APA-nın məlumatına görə, komitə üzvlərindən ermənilərin kompakt yaşadığı Nyu-Cersi ştatından olan senator Robert Menendez namizəd Yovanoviçə 1915-ci ildə baş verənlər hadisələri soyqırımı kimi dəyərləndirib-dəyərləndirmədiyi ilə bağlı sual ünvanlayıb. Xanım diplomat bu suala mənfi cavab verib: “Prezident Corc Buş və ondan əvvəl hər iki partiyadan seçilən prezidentlər 1915-ci il hadisələrini soyqırımı kimi tanımayıblar”. Xatırladaq ki, bundan əvvəl Riçard Hoqlandın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyi senator Robert Menendez tərəfindən dondurulmuşdu. Buna səbəb isə Hoqlandın qondarma erməni soyqırımını qəbul etməkdən imtina etməsi və 1915-ci il hadisələrini faciəvi hadisə adlandırması olmuşdu. ABŞ-ın Ermənistandakı əvvəlki səfiri Con Evans isə Kaliforniyadakı erməni icması ilə görüşdə Osmanlı imperiyasındakı 1915-ci il hadisələrini qırğın adlandırması üzündən geri çağırılmış və istefaya göndərilmişdi. ANS_PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar