SON XƏBƏRLƏR

ABŞ-ın İran siyasəti dəyişir?

2021.10.20, 07:36
ABŞ-ın İran siyasəti dəyişir?

Gunaz.tv
ABŞ-ın İran siyasəti dəyişir? ag-ev.jpg Vaşinqton İranda diplomatik iştirakını təmin etməyi planlaşdırır ABŞ İrana münasibətdə öz ənənəvi siyasətindən əl çəkməyə qərar verib və bu ölkəylə yeni əlaqələr qurur. Corc Buş adminstrasiyası Tehranla onun nüvə proqramıyla əlaqədar danışıqlar aparmaq üçün yüksək ranqlı diplomat göndərir. Üçüncü gün axşam dövlət katibinin müavini Uilyam Berns Vaşinqtondan İsveçrəyə uçub. Uilyam Berns öz ranqına görə ABŞ-da üçüncü şəxsdir. Dövlət katibinin müavini Cenevrədə Avropa Birliyinin xarici siyasətinə rəhbərliyi həyata keçirən Havyer Solona və nüvə məsələləri üzrə əsas iranlı vasitəçi Səid Cəliliylə görüşəcək. " Rəvan Vaşinqton Post" yazır ki, ABŞ rəsmiləri bunu Tehranın ambisiyaları üzündən yaranmış böhrandan çıxmaq üçün ciddi niyyət ortaya qoyulmasının göstəricisi kimi qiymətləndirirlər. Bu, 1979-cu ildə İranda baş verən inqilabından sonra ən əhəmiyyətli görüş sayılır. Bu həm də göstərir ki, Corc Buş əvvəlki sərt xəttindən geri çəkilir. "The Guardian"ın məlumatına görə, 29 il ərzində ilk dəfə olaraq ABŞ İranda diplomatik iştirakını təmin etməyi planlaşdırır. Yəqin ki, avqustda İsveçrə səfirliyinin himayəsi altında İranda ABŞ-ın maraqlarını təmsil edən missiyanın yaradıldığı elan olunacaq. İsrail artıq Vaşinqotnun planından ciddi narahatçılığını bildirib. İsraildə hesab edirlər ki, İranın uranı zənginləşdirməsi probleminə münasibətdə güc mövqeyindən çıxış edən Corc Buş 29 yanvarda öz postunu qalib kimi tərk etməkdən imtina edir. Bu arada Dövlət Departamentinin adının açıqlanmasını istəyən nümayəndəsi bildirib ki, Uilyam Berns İran rəsmisi ilə hər hansı ayrı bir görüş keçirməyəcək. Bununla bərabər, dövlət katibinin müavini Pğ Evin mövqeyini izah etməyə çalışacaq. O bildirəcək ki, Vaşinqton uranın zənginləşdirilməsinin dayandırılmasından sonra İranla ciddi danışıqlara başlaya bilər. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar