SON XƏBƏRLƏR

ABŞ-ın İstanbuldakı konsulluğuna silahlı hücum oldu -Üç polis şəhid oldu, üç terrorçu öldürüldü

2021.10.20, 07:36
ABŞ-ın İstanbuldakı konsulluğuna silahlı hücum oldu -Üç polis şəhid oldu, üç terrorçu öldürüldü

Gunaz.tv
ABŞ-ın İstanbuldakı konsulluğuna silahlı hücum oldu - ist.jpg ist-5.jpg Üç polis şəhid oldu, üç terrorçu öldürüldü Bu gün Bakı vaxtı ilə saat 13 radələrində ABŞ-ın İstanbuldakı konsulluğuna silahlı hücum olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ağ rəngli “Doblo” markalı avtomobildən düşən üç naməlum şəxs konsulluq önündəki polis postuna atəş açıb. Nəticədə polislərlə terrorçular arasında atışma başlayıb. Atışma nəticəsində hər üç terrorçu öldürülüb. Bundan başqa, üç polis şəhid olub, dörd polis əməkdaşı yaralanıb. Hazırda İstanbulun Əmniyyət müdiri Cəlaləddin Cərrah və İstanbul valisi Müəmmər Gülər hadisə yerindədir. Araşdırma aparılır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar