SON XƏBƏRLƏR

ABŞ-ın Kərkük başağrısı_İraq Türkmən Cəbhəsi bölgədə BMT sülhməramılarının yerləşdirilməsini tələb edir

2021.10.20, 07:36
ABŞ-ın Kərkük başağrısı_İraq Türkmən Cəbhəsi bölgədə BMT sülhməramılarının yerləşdirilməsini tələb edir

Gunaz.tv
ABŞ-ın Kərkük başağrısı İraq Türkmən Cəbhəsi bölgədə BMT sülhməramılarının yerləşdirilməsini tələb edir kerkuk.jpg Qədimdən türkmən şəhəri olan, İraqın 50, dünya neft ehtiyatlarının 5 faizinin cəmləşdiyi Kərkükdə iyulun 28-də baş verən olaylar Türkiyə başda olmaqla, bölgə ölkələrinin də diqqətini çəkib. Xatırladaq ki, iyulun 22-də yerlərdə bələdiyyə seçkilərinin keçirilməsiylə bağlı İraq parlamentinin qəbul etdiyi qanunun 24-cü maddəsinə etiraz məqsədiylə həmin gün ölkənin bəzi şəhərlərində, o cümlədən Kərkükdə kürdlər küçələrə çıxmışdılar. Qanunun 24-cü maddəsi Şimali İraqdakı kürd muxtariyyatının tərkibinə qatmaq istədiyi Kərküklə bağlı idi. Ramiz Mikayıloğlu İraq parlamenti kürd deputatların baykotuna baxmayaraq, gizli keçirilən səsvermədə səs çoxluğuyla Kərkükdə idarəetməni bölüşdürəcək qanunun maddəsini dəstəkləyib. Qanuna görə, Kərkük vilayət Məclisində türkmən, ərəb və kürdlərə bərabər sayda yerlər müəyyənləşdirilir və seçkilərdə həmin sayda türkmən, ərəb və kürd yerli idarəetmə orqanına seçilməlidirlər. Bu qanuna etiraz edən kürdlərin iyulun 28-də Kərkükdə keçirdikləri etiraz aksiyasında kimliyi hələ bəlirlənməmiş (ABŞ bunu "Əl-Qaidə"yə bağlayır-red.) bir qadın kamikadzenin özünü partlatması 25 nəfərin ölümünə, 100-dən çox insanın yaralanmasına yol açıb. Bundan sonra mitinqə toplaşmış silahlı kürdlər-" peşmərgələr" Kərkükdəki türkmən qurumlarına-Türkməneli Televiziyasının, İraq Türkmən Cəbhəsinin (İTC) mərkəzi qərərgahına, Türkməneli Partiyasının və Türkmən Siyasi Məhbuslar və Şəhid Ailələri Dərnəyinin binalarına hücum edib, əvvəlcə binaları daşlayıb, ardından silahla atəş açıblar. İTC binasının önündəki avtomobillər yandırılıb, bəzi türkmən mühafizəçilərin yaralanıb, 11 mühafizəçi qaçırılıb. Dünən olayla bağlı İraqın kürd kökənli prezidenti Cəlal Tələbani Türkiyənin prezidenti Abdulla Gülü telefonla arayıb. Cəlal Tələbani deyib ki, Kərkükdə yaşayan bütün etnik qruplar birlikdə yaşamağı öyrənməlidirlər. Abdullah Gül isə terror hadisəsinin məqsədinin etnik qrupları təhrik etmək, qarşıdurma yaratmaq olduğunu, ona görə də səbrli olmağın gərəkliyini vurğulayıb. Nəzərə çatdıraq ki, rəsmi Ankara Kərkükə özəl bir status verilməsinin tərəfdarıdır. BMT-nin hazırladığı planda da bu məqam əsas götürülüb. Elə İraq parlamentinin qəbul etdiyi son qanun layihəsi də bu prinsipi əsas götürüb və neftlə zəngin vilayətin idarəçiliyinin bərabər əsaslarla etnik qruplar arasında bölüşdürülməsinə üstünlük verilib. Amma Abdulla Güllə söhbətində "etnik qrupların birgə yaşamağı öyrənmələrinin gərəkliyi"ndən danışan Cəlal Tələbani prezident statusundan yararlanaraq məhz bu qanuna veto qoyub və kürdlərin etirazlarının kütləvi xarakter almasına bu amil də təsir göstərib. Diqqət çəkən və təəssüf doğuran hal həm də odur ki, Kərkükdə türkmən qurumlarına hücumda türkmənlərin özlərinin günahlandırılması üçün kürdlər "arqument" axtarışına çıxıblar. Kərkük vilayət Məclisinin türkmən üzvü Türkan Kasapbaşı bildirib ki, iyulun 29-u saat 3:00-dan şəhərdə küçəyə çıxmaq yasaqlanıb. "Peşmərgələrin" saxladığı türkmən mühafizəçilərin azadlığa buraxılması üçün danışıqlar aparılır: "Bəzi kürd rəsmiləri günahı bizim üzərimizə yıxmağa çalışırlar. Hazırda 11 türkmən həbsxanadadır. Bizim mühafizəçilər özlərini qorumaq üçün havaya atəş açıblar. Havaya atəş açıldığı üçün kürdlərə məhz bizim hücum etdiyimizi irəli sürürlər. Tədqiqat aparanlar gəlib türkmən qurumlarının binalarının necə yandırıldığını, dağıdıldığını gördülər. Dəhşətli bir basqın olub, heç bir kompüterimiz qalmayıb, sənədlərimiz yox edilib". Dünən İraq Türkmən Cəbhəsinin (İTC) də dünya mediasına, beynəlxalq təşkilatlara müraciəti yayılıb. Müraciətdə bildirilir ki, İraq parlamentində şəffaf və demokratik bir şəkildə keçirilmiş səsvermənin nəticələrini qəbul etmək istəməyən qüvvələr, yəni bölgədəki feodal ağalıqlar (Şimali İraqdakı kürd muxtariyyəti nəzərdə tutulur-red.) parlamentə və mediaya ağlasığmaz təzyiqlər göstərirlər. Kürd muxtariyyatı paralel olaraq Kərkükün türkmən və ərəblər yaşayan istiqamətlərində ailə məlumatları, milli mənsubiyyəti göstərən anketlərin doldurulması üçün hərəkətə keçib, ər və arvadın şəklinin də anketə vurulmasını tələb edirlər. Bu, İraqın mərkəzi hökumətinin icazəsi olmadan həyata keçirilir və insanları qorxutmaq, şantaj məqsədi daşıyır. Eyni zamanda İraq parlamentində qəbul olunan qanuna etiraz etmək üçün iyulun 31-də iş yerlərinə getməmək tapşırılıb. Bu xəbərdarlığa əməl etməyənlərin cəzalandırılacağı bəyanlanır. Yüzlərlə kürd kənardan şəhərə gətirilib və onlardan kərküklülər adından keçiriləcək etiraz aksiyasında istifadə edilməyə hazırlıq görülür. Bəyanatda vurğulanır ki, iyulun 28-də mitinqə çıxanların İTC-nin binasına hücum çəkərək başqan Sadəddin Əpgəci öldürmək istəmələri, çox sayda insanın yaralanması, avtomobillərin yandırılması, Türkməneli Televiziyasının avtomatlardan atəşə tutulması, Türkmən Siyasi Məhbuslar və Şəhid Ailələri Dərnəyinin binasının dağıdılması bir vəhşilik örnəyidir: "Bütün bunlarla bərabər, kamikadzenin iyulun 28-də törətdiyi partlayış həm onun özünə, həm də insanlığa qarşı törədilmiş ən böyük cinayətdir. Belə bir əməl hansı məqsədlə törədilməsindən asılı olmayaraq, qəbul edilə bilməz. Bu əməli qınayırıq". Sənəddə daha sonra qeyd olunur ki, İraqın kiçik modeli olan, üç etnik qrupun yaşadığı Kərkükdə qardaşcasına yaşamağı təmin etmək əvəzinə, bu qardaşlığı pozmaq yönündə təhrikedici olaylar təhlükə vəd edir: "İraq mərkəzi hökumətini, ABŞ başda olmaqla, işğal qüvvələrini və Kərkükü hazırda idarə edənləri uzlaşma və dialoq mühitini təməldən sarsıtmağa yönələn bu olaylara qarşı lazımi tədbirlər görməyə dəvət edirik". İTC bölgədə BMT sülhməramılarının yerləşdirilməsini tələb edir. Qeyd edək ki, Batdadda kürdlərin etirazına səbəb olan qanun ətrafında kürd qruplarla danışıqlar aparılır. Baş nazir Nuri Əl Maliki Kərkükdə proseslərin nəzarətdən çıxmaması üçün əlavə bir tabur hərbçi göndərib. Yaxın günlərdə daha iki taburun da göndəriləcəyi gözlənilir. Proseslərin mənzərəsi isə göstərir ki, kürdlər İraqda təklənməkdədir. İraqda sünni və şiə ərəblərin parlamentdə kürdləri "yerindən oynadan" qanunun müzakirəsi zamanı vahid mövqe sərgiləmələri, türkmənlərin haqlarını tanımaları bunu göstərir. Kərkükə Şimali İraqdakı kürd muxtariyatının yox, məhz mərkəzi hakimiyyətin, Bağdadın tabur göndərməsi də diqqət çəkməyə bilməz. Çünki kürd qruplar hər zaman bölgədə sabitliyi təmin edə biləcək durumda olduqlarını bəyanlayıblar. Mərkəzi hökumətin hərəkətə keçməsi də göstərir ki, artıq ABŞ da bölgədə "Kərkük fitili"nin alışacağından narahatdır və kürd muxtariyyatının oyundan kənarda qalmasına çalışır. İstənilən halda, kürdlər İraqda artıq ABŞ üçün başağrısına çevrilməkdədir... xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar