SON XƏBƏRLƏR

ABŞ-ın Türkiyədəki səfiri göstərdiyi şücaətə görə türk polisinə təşəkkür edib

2021.10.20, 07:36
ABŞ-ın Türkiyədəki səfiri göstərdiyi şücaətə görə türk polisinə təşəkkür edib

Gunaz.tv
ABŞ-ın Türkiyədəki səfiri göstərdiyi şücaətə görə türk polisinə təşəkkür edib shehit_polisler.jpg Hadisə ilə əlaqədar 2 nəfərin saxlanıldığı barədə məlumat yayılıb Türkiyənin İstanbul şəhərində, Amerika Birləşmiş Ştatlarının Baş konsulluğuna edilmiş silahlı basqınla bağlı yeni faktlar ortaya çıxıb. Yerli kütləvi informasiya vasitələri hadisə ilə əlaqədar 2 nəfərin saxlanıldığı barədə məlumat yayıb. Polis hadisəni “Əl-Qaidə” terror təşkilatının törədə biləcəyini söyləyir. İstanbulun meri Muəmmər Gülər basqın zamanı 1 mühafizə və iki yol polisinin həlak olduğunu bildirib. Silahlı şəxslərdən isə 3-ü öldürülüb. M.Gülər həmçinin hadisə yerindəki kameralar vasitəsilə görüntülərə də baxdıqlarını və 1 nəfər silahlının qaçmağa müvəffəq olduğunu söyləyib. Polis öldürülən silahlıların adlarını açıqlayıb. Onlar 23 və 26 yaşları olan Erkan Karqın, Bulent Çinar və Raif Topcildir. Daxili işlər naziri Bəşir Atalayın sözlərinə görə, öldürülən silahlılardan ikisi əvvəllər xırda cinayətlərə görə həbsdə olub. Nazir hazırda bu şəxslərin kimlərlə əlaqə saxladıqlarını araşdırdıqlarını söyləyib. Onun sözlərinə görə, öldürülən silahlılardan biri bundan əvvəl xaricdə olub. Daxili işlər naziri qətlə yetirilən 3 nəfərdən başqa digər şəxsin silahlıları gətirən maşın sürücüsü olduğunu, tezliklə maşının markası, nömrəsi və sürücünün şəxsiyyətini müəyyən edə biləcəklərini də qeyd edib. Bəşir Atalay baş verən hadisə ilə əlaqədar bu gün İraqa planlaşdırıdğı səfərini də təxirə saldığını söyləyib. Bu arada Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Ross Uilson hadisənin terror aksiyası olduğunu söyləyib. Səfir Türkiyə hökumətinə başsağlığı verib və türk polisinə göstərdiyi şücaətə görə təşəkkürünü bildirib. “Bu, açıq aşkar terror aksiyasıdır. Ölkələrimiz əvvəllər ümumi problemlərimizlə mübarizə apardığı kimi, bu problemlə də mübarizə aparacaq. Birləşmiş Ştatlar Türkiyənin yaxın dostu və müttəfiqi kimi qalmaqdadır və Amerika-Türkiyə əlaqələrinə zərbə vurmaq istəyən terrorçular heç vaxt buna nail ola biməyəcək”. ABŞ səfiri həmçinin İstanbul və Adana şəhərlərindəki konsulluqlarda təhlükəsizlik tədbirlərini gücləndirildiyini söyləyib. İstintaq isə atışmada istifadə edilən silahların başqa cinayətlərdə də istifadə edilib-edilmədiyi barədə araşdırma aparır. /ANS Press/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar