SON XƏBƏRLƏR

ABŞ İRANA QARŞI GİZLİ ƏMƏLİYYATLARA BAŞLAYIB

2021.10.20, 07:36
ABŞ İRANA QARŞI GİZLİ ƏMƏLİYYATLARA BAŞLAYIB

Gunaz.tv
ABŞ İRANA QARŞI GİZLİ ƏMƏLİYYATLARA BAŞLAYIB Məşhur amerikalı jurnalist Seymur Herş növbəti sensasion araşdırma ilə çıxış etdi 963.jpg ABŞ xüsusi təyinatlı qüvvələri İranda gizli əməliyyatlar aparır. Bu məlumat məşhur amerikalı jurnalist Seymur Herşin “The New Yorker” həftəliyində dərc olunan növbəti sensasion araşdırmasında yer alır. Məqalə artıq qəzetin internet versiyasında yerləşdirilib, çap versiyasında isə iyulun 7-də çıxacaq sayında yayılacaq. Qeyd edək ki, Herş jurnalist karyerası boyu bir sıra qalmaqallı araşdırmaların müəllifidir. Məsələn, o, Amerika əsgərlərinin Vyetnamda dinc sakinləri kütləvi şəkildə öldürməsinə dair faktları ilk dəfə aşkara çıxararaq böyük qalmaqala səbəb olub. Herş ABŞ administrasiyasının İran planları ilə bağlı araşdırmaların da müəllifidir. Budəfəki məqaləsində təcrübəli jurnalist Pentaqondakı və Amerika kəşfiyyatındakı mənbələrinə əsaslanaraq yazıb ki, ötən ilin payızında prezident Buş Konqresin hər iki paltasının rəhbərliyi ilə İranda gizli əməliyyatların aparılmasına dair razılaşma əldə edib. Bu əməliyyatlarda məqsəd İrandakı rejimi sarsıtmaq və onun dayaqlarını laxlatmaqdır. Əməliyyatların həyata keçirilməsi üçün 400 milyon dollar vəsait ayrılıb. Herş yazıb ki, gizli əməliyyatlarda İranda azlıqda olan və rejimə qarşı müxalif mövqeyə malik ərəblər və bəluclar cəlb edilib. Həmin əməliyyatlarda məqsəd həm də İranın gizli nüvə proqramları haqda məlumatlar toplamaqdır. “Amerika xüsusi təyinatlı qüvvələri ötən ilin payızından başlayaraq İraqın şimalından İrana qarşı prezident Buşun icazəsi ilə gizli əməliyyatlar keçirir. Bu əməliyyatların hədəfi İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı ”Əl-Qüds" briqadasının yüksək rütbəli komandirlərini öldürmək və ya oğurlamaq, müxtəlif təxribatlar həyata keçirməkdir. Lakin kəşfiyyat mənbələrinə görə, son vaxtlar bu cür əməliyyatların miqyası genişlənib". Məqalədə deyilir ki, əməliyyatlara Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları da cəlb olunub. Herşin yazdığına görə, Amerika kəşfiyyatçıları İran rejiminə qarşı çıxan silahlı qrupları da dəstəkləyir. Gizli əməliyyatların gedişi zamanı İrana müdaxilə üçün əsasların əldə olunacağına inanır. Bildirilir ki, Pentaqonun hərbçi və mülki liderləri Ağ Evin İranın nüvə proqramlarına dair narahatlıqlarını bölüşür, bununla belə, İrana qarşı hərbi əməliyyatların aparılması məsələsində fikir ayrılıqları qalır. Pentaqonda bir çoxları hesab edir ki, İranın vurulması düzgün addım olmayacaq və üstünlük diplomatiyaya verilməlidir. Demokrat senatorlardan biri Herşə deyib ki, ötən il müdafiə naziri Robert Qeyts Senatdakı demokratların təmsilçiləri ilə görüşərək onları İrana qarşı hərbi əməliyyatları dəstəkləməməyə çağırıb. Qeyts İrana müdaxilə halında Amerikanı gözləyəcək nəticələr haqda onları xəbərdar edib. Bildirilir ki, birləşmiş qərargah rəisləri komitəsinə rəhbərlik edən admiral Maykl Müllen də Ağ Evdən İrana qarşı hərbi əməliyyatların başlanmasına dair edilən təzyiqlərə çətinliklə müqavimət göstərir. Amerikanın Mərkəz komandanlığının rəhbəri admiral Uilyam Fallon isə bu cür təzyiqlərə dözməyərək istefa verib. Fallon Herşlə söhbətində etiraf edib ki, administrasiyada İranın vurulmasına tərəfdar olanlar çoxdur. Məqalədə deyilir ki, prezident Buşun İranda gizli xüsusi əməliyyatların aparılması ilə bağlı səlahiyyətləri var. Çünki Konstitusiyaya görə, o, xüsusi təyinatlı qüvvələrə Konqresin icazəsi olmadan komandanlıq etmək səlahiyyətinə malikdir. Bu baxımdan Konqres rəhbərliyinin icazəsinin sərhədləri konkret deyil. Ancaq bilinən odur ki, MKİ agentləri və İraqın şimalından keçib vaxtaşırı olaraq İrana daxil olan xüsusu təyinatlı qruplar yerli agentlərlə işləyir, həmin agentlər fars dilini bilirlər və amerikalıları onları maraqlandıran obyektlər haqda məlumatlarla təmin edirlər. Herş İranda aparılan xüsusi əməliyyatların nəticələri haqda məlumatlara malik olmasa da, bildirir ki, son aylar bu ölkədə zorakılıq hadisələri haqda xəbərlər çoxalıb. Həmin xəbərlər İranda əməliyyatları idarə edən komandanlıq tərəfindən toplanır və təhlil edilir. Bu xəbərlər adətən yaraqlıların İran ordusunun zabitlərinə hücum etmələri, yaxud terror aktları törətmələri haqda olur. Məqalədə bildirilir ki, Amerika agentləri İranda rejimə qarşı silahlı aksiyalar həyata keçirən sünni “Candallah” qrupunu, “Xalq mücahidləri” qruplaşmasını və PKK-nın İran qolu PEJAK-ı dəstəkləyir. “Candallah” qrupunun Əfqanıstan və Pakistanda fəaliyyət göstərən radikal qruplaşmalarla təmasları var. Bildirilir ki, “Xalq mücahidləri” Dövlət Departamentinin terror təşkilatları siyahısında yer alır. Buna baxmayaraq, qruplaşma son illər ABŞ-dan birbaşa və ya dolayısı yolla silah, maliyyə yardımı alıb. “Kürd qruplaşması PJAK da deyilənlərə görə, ABŞ tərəfindən gizli şəkildə dəstəklənir. Amerika ordusunun istefada olan polkovniki, İrana qarşı hərbi əməliyatların ssenarisini hazırlayanlardan biri polkovnik Sem Qardner deyir ki, son vaxtlar PJAK yaraqlıları ilə İran ordusunun əsgərləri arasında döyüşlərin sayı artıb. Bu da PJAK-ın Amerikadan aldığı dəstək sayəsində fəaliyyətini gücləndirməsinin nəticəsidir”. Herşin yazdığına görə, İranda gizli əməliyyatların aparılmasına dair prezident Buşun imzaladığı fərman məxfidir, onu ancaq ölkə rəhbərliyinə daxil olan şəxslər, o cümlədən Konqresin hər iki palatasının rəhbərləri görə bilərlər. Herşin suallarına cavab olaraq Nümayəndələr Palatasında və Senatda demokratların və respublikaçıların fraksiyalarına rəhbərlik edənlərdən heç biri bu gizli fərman haqda şərh verməyib. Pentaqon və MKİ də məlumatı şərh etmir. Müəllif ehtimal edir ki, prezidentliyə respublikaçı namizəd Con Makkeyn də İranda gizli əməliyyatların aparılmasını dəstəkləyir. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar