SON XƏBƏRLƏR

ABŞ İranı kimyəvi silahlar proqramını beynəlxalq ictimaiyyətdən gizli saxlamaqda günahlandırıb

2021.10.20, 07:36
ABŞ İranı kimyəvi silahlar proqramını beynəlxalq ictimaiyyətdən gizli saxlamaqda günahlandırıb

Gunaz.tv

GünAzTV: ABŞ-ın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı nümayəndəsi Kennet Uard İranı kimyəvi silahlar proqramını beynəlxalq ictimaiyyətdən gizli saxlamaqda günahlandırıb.

 

Noyabrın 22-də Hollandiyanın Haaqa şəhərində keçirilən Kimyəvi Silahların Qadağanı Təşkilatının (Organisation for the Prohibition of Chemical Weapons - OPCW) toplantısında çıxış edən Kennet Uard deyib ki, İran kimyəvi silahların istehsalı ilə bağlı bütün qabiliyyəti barədə bu təşkilata hər hansı bir hesabat verməyib: “Təəssüflər olsun ki, İran İslam Respublikası, kimyəvi qazlar istehsal edən təsisatlarının fəaliyyəti barədə bu təşkilata hər hansı bir hesabat verməyib və bu barədə apardığı proqramının detallarını təşkilatdan və beynəlxalq ictimaiyyətdən gizli saxlayıb.

 

Rəsmi Vaşinqton İranın bu sahədə apardığı qeyri-şəffaf fəaliyyətindən nigarandır. Hesab edirik ki, İranın əsəb qazının istehsalı ilə bağlı gizli bir proqramı var və bu xüsusda fəaliyyətini hələ də davam etdirir. ABŞ, İranın kimyəvi silahlar proqramına malik olduğunu “OPCW”dən gizli saxlamasından narahatdır. Amerhikanı narahat edən digər məsələlərdən biri də odur ki, İran mərkəzi sinir sistemini iflic edən kimyəvi maddələrin hücum məqsədilə əldə edilməsini davam etdirir”.

 

Uard həmçinin qeyd edib ki, İran 1980-ci illərdə Liviyaya kimyəvi silah ötürməsi barədə təşkilata məlumat verməyib və hətta Liviya 2011-ci ildə bu barədə məlumatı “OPCW”yə verdikdən sonra da susmaqda davam edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar