SON XƏBƏRLƏR

ABŞ-İsrail-Türkiyə püstə qalmaqalı

2021.10.20, 07:36
ABŞ-İsrail-Türkiyə püstə qalmaqalı

Gunaz.tv
ABŞ-İsrail-Türkiyə püstə qalmaqalı ABŞ Senatının maliyyə komitəsi İrana qarşı yeni sanksiyaları təsdiqləyib. Qərara görə, İranın neftçıxarma və neft emalı sahələri, nüvə texnologiyaları ilə məşğul olan şirkətlərlə əməkdaşlıq yasaqlanır, habelə irandan xalça, qara kürü və püstə idxalı yasaqlanır. Səsvermə zamanı 19 senator qərarın lehinə, iki nəfər əleyhinə səs verib. Konqresin hər iki palatası qərarı dəstəkləyərsə, sənəd qanun kimi qüvvəyə minəcək. Püstə isə ABŞ, İsrail və Türkiyə arasında diplomatik qalmaqala səbəb olub. İsrailin Türkiyədən idxal etdiyi püstənin əslində İran malı olduğunu iddia edən Vaşinqton Ankaradan israillilərə bu püstə satışını, Təl-Əvivdən isə həmin püstələri idxalını dayandırmağı tələb etmişdi. İtaliyanın "La Stampa" qəzeti isə bildirir ki, İranla İsrail arasında rəsmən heç bir əlaqə olmasa da, iki ölkənin çox ciddi gizli ticari təmasları mövcuddur. Yəhudilərin "botanim" dedikləri püstəni İsraildə çox sevirlər və bu ölkədə də satılan püstənin tam əksəriyyəti müxtəlif yollarla İrandan gətirilmiş məhsuldur. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar