SON XƏBƏRLƏR

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb

2021.10.20, 07:36
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb

Gunaz.tv
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb ABŞ Konqresinin Nümayəndələr Palatasının daha bir üzvü Azərbaycan üzrə işçi qrupa qoşulub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, Virciniya ştatından seçilmiş konqresmen Rob Vittmen də qrupa qoşulmağa qərar verib. Bununla da ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 42-yə çatıb. //APA ---------------------------------------------------------------------- Britaniyada prostat xərçənginin müalicəsində irəliləyiş article_1216734092.gif Britaniyada tibbi tədqiqat qrupu prostat vəzisinin xərçənginin müalicəsində böyük irəliləyişin əldə olunduğunu bəyan edib. Kral Marsden Xəstəxanasının həkimləri ABİRATERON adlı yeni dərmanın şişlərin ölçüsünü azaldmağa qadir olduğunu sübut ediblər. Xəstəliyin aqressiv formasına tutulmuş xəstələrin 80 faizində müsbət nəticə əldə edilib. Prostat xərçəngi bu xəstəliyin ən çox yayılmış formalarından biridir. Dünya üzrə hər il 700 min kişiyə bu diaqnoz qoyulur və onların hər üçündən biri bu xəstəlikdən ölür. Həkimlər deyirlər ki, hazırda dünya üzrə 1200 xəstə üzərində dərmanın sınaqları aparılır. Əgər onların da nəticəsi müsbət olarsa, ABİRATERON həbb şəklində 2011-ci ildə satışa buraxılacaq. //BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar